Donskoy pişiyi — Rusiya mənşəli tüksüz pişik növü. Bu növ, daha məşhur olan Sfinks pişiyi ilə genetik əlaqəli deyil. Sfinks pişiklərinin tüksüzlüyü keratin 71 genindəki resessiv mutasiya ilə əlaqədardır, Donskoy pişiklərinin tüksüzlüyü isə dominant bir mutasiya ilə bağlıdır.
Tarix Donskoy növü bir balanın kəşfi ilə başlamışdır. 1987-ci ildə Rusiyanın Rostov şəhərində pişik yetişdiricisi Elena Kovaleva tərəfindən tüksüz bir pişik tapıldı. Kovaleva, mavi təbəqəli bir pişik balasını xilas etdi və ona Varvara adını verdi. Təxminən dörd aylıq olanda pişik tüklərini itirməyə başladı. Varvara yerli bir erkək pişiklə cütləşdi və balalar doğdu. Bəzi balalar tüksüz doğuldu, digərləri isə anası kimi tədricən tüklərini itirdi. Bu balalar Donskoy növünün əsasını qoydu və sonradan Avropa qısa tüklü pişikləri ilə çarpazlaşdırıldı.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Rusiya mənşəli pişik cinsləri