Flannan adaları mayakı () – Şotlandiyanın Flannan adalarında yerləşən mayak. 1900-cü ildə mayakın üç gözətçisi müəmmalı şəkildə yoxa çıxmışdır.
Tarixi Mayak Devid Alan Stivenson tərəfindən dizayn olunmuş və 1895–1899-cu illərdə tikilmişdir."Flannan Isles Lighthouse " Northern Lighthouse Board. Retrieved 23 March 2008. Mayak qayalıqların yuxarısında tikildiyi üçün mayak üçün kabelli dəmiryol xətti salınmışdır. 1925-ci ildə Şotlandiyada radioteleqrafiyadan istifadə edən ilk mayaklardan biri olmuşdur. 1971-ci ildə avtomatlaşdırılmışdır.
1900-cü ildə heyətin yoxa çıxması Filadelfiyadan Litə gedən "Archtor" gəmisi 15 dekabr 1900-cü ildə mayakın pis hava şəraitində fəaliyyət göstərmədiyini qeyd etmişdir. Bu məlumat 18 dekabrda Şimal Mayak Şurasına ötürülmüşdür. "Herperus" mayak gəmisinin 20 dekabrda adaya çatması planlaşdırılsa da, pis hava şəraiti səbəbilə adaya 26 dekabrda çatmışdır. Bu zaman mayakın üç işçisi var idi: Ceyms Dukat, Tomas Marşall və Donald Makartur.
"Herperus" gəmisinin heyəti adaya çatanda bayraq dirəyində bayrağın olmadığını və mayak gözətçilərinin onları qarşılamadıqlarını görmüşdür. Gəmi kapitanı Cim Harvi gəmi fiti və işıq siqnalı ilə mayakçılarla əlaqə saxlamağa çalışsa da, nəticə əldə etməmişdir. Növbətçi mayak gözətçisi Cozef Mur təkbaşına sahilə çıxanda əsas darvazanın və girişin bağlı olduğunu, çarpayıların yığışdırılmamış qaldığını və saatın dayandığını müşahidə etmişdir. İkinci kapitan və bir dənizçi ilə aparılan əlavə axtarış işləri zamanı lampaların təmizlənib yenidən doldurulduğu məlum olmuşdur. Mayakda və adada mayakçılara aid heç bir iz tapılmamışdır."Transcripts from documents related to the Flannan Isles mystery." Museum of Scottish Lighthouses/Wayback. Original retrieved 3 September 2008, Wayback version retrieved 7 December 2013.
Mur və üç könüllü dənizçi adada qalaraq mayaka nəzarət etməyə başlamış, "Herperus" gəmisi isə Luis adasına qayıtmışdır. Gəmi kapitanı Harvi 26 dekabrda Şimal Mayak Şurasına yolladığı teleqramda mayak gözətçilərinin yoxa çıxdığını bildirmiş, onların qayalıqlardan yıxıldıqlarını və ya boğulduqlarını güman etmişdir. Şimal Mayak Şurasının müfəttişi Robert Muirhed hadisəni araşdırmaq üçün 29 dekabrda adaya gəlmişdir. O, yoxa çıxmış hər üç şəxsi tanıyırdı və onları şəxsən işə götürmüşdü. O, topladığı sübutlardan sonra mayak gözətçilərinin 15 dekabra qədər vəzifə başında olduqlarını müəyyən etdiyini qeyd etmiş, dəniz səviyyəsindən 34 metr hündürlüyündə olan qayada işləyərkən nəhəng bir dalğanın onları apardığını bildirmişdir. İnsident uzun illər mayakın reputasiyasına təsir göstərmişdir.
Nəzəriyyələr thumb|Flannan adaları mayakı. Yoxa çıxan üç nəfərin də bədəni tapılmamışdır. Dövrün qəzetləri və nəşrləri insidentin səbəbləri haqqında konspirasiya nəzəriyyələri ortaya atmışdır: mayakçıların nəhəng dəniz ilanı tərəfindən öldürülməsi; yeni həyata başlamaq üçün gizli bir gəmi ilə adadan qaçmaları; xarici casuslar tərəfindən qaçırılmaları; kabuslarla dolu olan bir qayıqdan istifadə etmələri.
Hadisəni araşdıran bəzi tədqiqatçılar insidenti adaların coğrafiyası ilə əlaqələndirməyə çalışmışdırlar. Adanın sahilləri geo adlı ensiz dərələrdən ibarətdir. Adanın qərb yoxuşu bu cür geoda yerləşir və mağara ilə bitir. Güclü dalğalar mağaraya dola və böyük güclə püskürə bilər. Ceyms Lav tərəfindən aparılmış bir araşdırmaya görə Marşal təchizatları dalğalar tərəfindən aparıldığı üçün daha öncə 5 şillinq cərimələnmişdi. Güman olunur ki, o, növbəti cərimədən yayınmaq üçün Dukatla birlikdə təchizatları bərkitmək istəmiş, lakin dalğalar tərəfindən aparılmışdırlar. Makartur mayakda olmalı olsa da, güman olunur ki, o, güclü dalğalar barədə yoldaşlarına məlumat vermək istəmiş, lakin onlarla birlikdə ölmüşdür.
Populyar mədəniyyətdə Bəstəkar Piter Deyvis Maksvell 1979-cu ildə mayakdakı insidentdən təsirlənərək "Mayak" operasını bəstələmişdir. "Genesis" qrupu 1968-ci ildə "The Mystery of Flannan Isle Lighthouse" mahnısını yazmışdır. 2018-ci ildə hadisədən bəhs edən "Yoxa çıxma" filmi buraxılmışdır.
İstinadlar
Kateqoriya:Birləşmiş Krallıq mayakları Kateqoriya:Səbəbi bilinməyən ölümlər Kateqoriya:1890-cı illərin memarlığı Kateqoriya:Şotlandiya tarixi