Ev qarışqaları və ya Ətirli ev qarışqaları () — Şimali Amerikada ən geniş yayılmış qarışqa növlərindən biri. Çox vaxt evlərdə olur, yeməkləri korlayır. Əziləndə çıxan kəskin qoxusuna görə “Köklü ev qarışqası” adlandırılır. Ümumi məlumat Ev qarışqaları kiçik ölçülü, təxminən 2.5-3 mm uzunluğunda olurlar. Rəngləri qəhvəyi və ya qara olur. Yumurtaları mirvari ağ rəngdə olur, ölçüsü 0,24x0,39 mm-dir. Yumurtadan çıxmağa yaxınlaşdıqca daha qeyri-şəffaf olurlar. Sürfələr ilk çıxdıqları zaman təxminən 0,72 x 1,74 mm-ə qədər böyüyür. Böyüdükcə başları əyilməyə başlayır. Onların bədəni seqmentli və sarımtıl rəngdədir. Tam böyüdükdə isə çox dolğun və qalın olur. Yumurtalar əsasən aprelin sonundan soyuq hava başlayana qədər, adətən noyabrda qoyulur. Yumurtalar 11-26 gündən sonra çıxır. Ümumi inkişaf müddəti yumurtaların qoyulduğu vaxtdan asılı olaraq dəyişə bilir. Aprel-iyun aylarında qoyulan yumurtalar üçün yumurtadan yetkinliyə qədər ümumi inkişaf 5-9 həftə çəkir. İyundan sentyabr ayına qədər qoyulan yumurtalar üçün inkişaf isə 6-7 həftə çəkir.

Əsas xüsusiyyəti — Əzildikdə hindistan qozu və ya çürük hindistan qozu qoxusu yayılır. Yaşayış yeri — Bu qarışqalar adətən evlərin içində və ya yaxınlığında yaşayırlar. Onlar mətbəx və hamam kimi, nəmli və qida mənbələri olan yerləri sevirlər. Qidalanması — Ev qarışqaları şirin qidalar, yağlar və zülallar olmaqla müxtəlif qidalarla qidalanır. Onlar həmçinin ölü həşəratları və digər kiçik heyvanları da yeyə bilərlər. Qalereya

İstinadlar

Xarici keçidlər

– data highlighting habits, habitats and threats

Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Sinantrop növlər Kateqoriya:Qarışqalar