Klaus fon Klitsinq (; ) — Almaniya fiziki, fizika üzrə 1985-ci il Nobel mükafatı laureatı.
Almaniya "Leopoldina" Təbiət Alimləri Akademiyasının üzvü (1996-cı ildən),Prof. Dr. Klaus von Klitzing Архивная копия от 19 июня 2020 на Wayback Machine (нем.) ABŞ Milli Elmlər Akademiyasının (1990-cı ildən),Клитцинг, Клаус фон на сайте Национальной академии наук США (англ.) Rusiya Elmlər Akademiyasının (1994-cü ildən),Клитцинг, Клаус фон на официальном сайте РАН Londonun Kral Cəmiyyətinin (2003-cü ildən)Klaus von Klitzing Архивная копия от 6 ноября 2015 на Wayback Machine (англ.) və Çin Elmlər Akademiyasının xarici üzvü (2006).Seven scientists elected as CAS Foreign Members Архивная копия от 19 июня 2020 на Wayback Machine, 7 июня 2006 (англ.)
Həyatı 1962–1969-cu illərdə Braunşveyq Texniki Universitetində təhsil alıb. 1969–1980-ci illərdə Vürzburq Universitetində işləyib. 1972-ci ildə "Güclü maqnit sahələrində tellurun qalvanomaqnit xassələri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fizika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.Deutsche Nationalbibliothek Record #108061574 // Gemeinsame Normdatei (нем.) — 2012–2016. 1978-ci ildə elmlər doktoru olub. 1980–1984-cü illərdə Münhen Texniki Universitetinin professoru oldu. 1985-ci ildən indiyədək — Ştutqartdakı Maks Plank Cəmiyyətinin Bərk Cisim Tədqiqatları İnstitutunun direktorudur.
Əsas tədqiqat sahələri: Yarımkeçiricilər fizikası, rentgen spektroskopiyası, lüminesens, güclü maqnit sahələri, kondensasiya olunmuş maddə fizikası, aşağı ölçülü sistemlərin fizikası, aşağı temperaturlar üzrə əsas elmi işlər. 1979-cu ildə Qrenoblda silisium sahə effektli tranzistorda Holl effektini öyrənmək üçün bir sıra təcrübələr apardı. Bu təcrübələr nəticəsində o, güclü maqnit sahələrində və aşağı temperaturda ikiölçülü elektron qazın Holl müqavimətinin kvantlaşdırılmasından ibarət olan tam kvant Holl effektini kəşf etmişdir. Təcrübələrin nəticələri 1980-ci ilin avqustunda Physical Review Letters jurnalında dərc edilmişdir. O, iki ölçülü qazın maqnit müqavimətinin rəqsi, o cümlədən müqaviməti sıfır olan vəziyyətləri öyrənir.
Klaus von Klitzing "Kvant Holl effektini kəşf etdiyinə görə" 1985-ci ildə Fizika üzrə Nobel mükafatı laureatı oldu.
İstinadlar
Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:Fəlsəfə doktorları Kateqoriya:Almaniya fizikləri Kateqoriya:Almaniya zadəganlığı Kateqoriya:Aşağı Saksoniya şəxsləri Kateqoriya:Professorlar