Persi Cekson və Olimpiyaçılar: İldırım Oğrusu ( — ABŞ istehsalı fantastika filmi. Film Rik Riordanın 2005-ci ildə yazdığı "İldırım oğrusu" romanından ilhamlanaraq, rejissor Kris Kolumbun və Kreyq Titlenin yazdığı ssenari əsasında 2010-cu ildə çəkilib. Film "Persi Cekson" film seriyasının birincisidir. Filmdə Brendon T.Cekson, Aleksandra Daddario, Şon Bin, Pirs Brosnan, Stiv Kuqan, Rosario Dauson, Ketrin Keener, Kevin MakKidd, Co Pantoliano və Uma Turmanın daxil olduğu aktyor və aktrisa heyəti çəkilib. Persi Cekson rolunda Loqan Lerman çəkilib.
Film "20th Century Fox" tərəfindən 12 fevral 2010-cu ildə Amerika Birləşmiş Ştatlarında nümayiş etdirilib. Film tənqidçilərdən qarışıq rəylər alıb, mənbə materialının və ssenarisinin zəif başa düşülməsinə görə tənqid edilib. Lakin Lerman və Ceksonun performansları, vizual effektlər və döyüş səhnələri müsbət rəylər alıb. Film 95 milyon dollarlıq istehsal büdcəsi ilə çəkilib və bütün dünyada 226,4 milyon dollar gəlir əldə edib. Filmin davamı olan "Persi Cekson: Canavarlar dənizi" 7 avqust 2013-cü ildə prokata buraxılıb. Məzmunu "Empire State Building"in zirvəsində Zevs qardaşı Poseydonla görüşür. Zevs Poseydonun yarıtanrı oğlu Persi Ceksonu usta ildırımını oğurlamaqda günahlandırır. Poseydon ona Persinin əsl kimliyindən xəbərsiz olduğunu xatırladır. Bununla belə, Zevs bəyan edir ki, ildırım yay gündönümü gecə yarısından əvvəl Olimp dağına qaytarılmazsa, bütün tanrılar arasında müharibə başlayacaq. 16 yaşlı Persi disleksiya və DEHB ilə mübarizə aparır. MOMA-ya məktəb səfərində o, ildırımı tələb edən əvəzedici ingilis dili müəllimi xanım Dodds kimi maskalanan Fury Alekto tərəfindən hücuma məruz qalır.
Bu hadisədən sonra Persi ən yaxşı dostu Qrover Andervud ilə yarıtanrı uşaqları üçün gizli sığınacaq düşərgəyə yollanır. Anası Sallinin maşını ilə oraya gedərkən, Minotavr onlara hücum edir. Persi minotavrı öldürür.
Düşərgədə bir sıra həqiqətləri öyrənən Persi Qrover və Annabetlə birlikdə ildırımı tapmaq üçün səfərə çıxırlar. Yolda müxtəlif hadisələrlə rastlaşan dostlar sonda ildırımı tapır və onu əsl sahibinə verirlər.
İstehsalı 2004-cü ilin iyununda "20th Century Fox" kitabın film hüquqlarını əldə etdi. 2007-ci ilin aprelində Kris Kolumb rejissor kimi işə başlayıb. Çəkilişlər 2009-cu ilin aprelində Vankuverdə başlayıb və Burnabidəki "Mammoth Studios" studiya olaraq seçilib. Filmin hissələri Afinadakı orijinal Parfenonun tam miqyaslı surəti olan Tennessi ştatının Neşvill şəhərindəki Parfenonda çəkilib. "Lotus Casino" hissəsi 2009-cu ilin iyun ayında Vankuverdəki "The Vestin Bayşor"da lentə alınıb. Persi, Qrover və Annabetin kazinoya maşınla gedib-gəlməsinin əlavə səhnələri Las-Veqas Stripdə və "Fremont Strit Experiens"in qarşısında çəkilib. Əlavə xarici səhnələr 2009-cu ilin avqust ayının ilk həftəsi ərzində Bruklin, Nyu-Yorkda çəkilib.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Manhetten haqqında filmlər Kateqoriya:Nyu-Cersi haqqında filmlər Kateqoriya:Yunan-Roma mifologiyasına əsaslanan filmlər Kateqoriya:2010-cu ilin Kanada filmləri Kateqoriya:2010-cu ilin ABŞ filmləri Kateqoriya:Televiziya şoularına adaptasiya edilmiş filmlər Kateqoriya:Los-Anceles haqqında filmlər Kateqoriya:İngiliscə filmlər Kateqoriya:20th Century Fox filmləri Kateqoriya:Las-Veqas haqqında filmlər Kateqoriya:Nyu-Yorkda çəkilmiş filmlər Kateqoriya:Gənclik filmləri Kateqoriya:1492 Pictures filmləri Kateqoriya:ABŞ-nin macəra filmləri Kateqoriya:ABŞ romanlarına əsaslanan filmlər Kateqoriya:ABŞ-nin komediya filmləri Kateqoriya:Warner Bros. filmləri Kateqoriya:Fantastika romanları əsasında çəkilən filmlər Kateqoriya:ABŞ-nin fantastika filmləri Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:Dune Entertainment filmləri Kateqoriya:Gənclik macəra filmləri Kateqoriya:ABŞ-nin fentezi filmləri Kateqoriya:Gənclik ədəbiyyatına əsaslanan filmlər Kateqoriya:Fentezi romanları əsasında çəkilən filmlər Kateqoriya:İncəsənətdə Meduza