Burun qanaxması (epistaksis) — burun boşluğundan gələn qanın burun dəliklərindən axmasıdır. Burun qanaxmasının ön burun qanaxması və arxa burun qanaxması olmaqla iki növü fərqləndirilir. Ön burun qanaxması ən çox rast gəlinən formadır. Arxa burun qanaxmasına isə nisbətən az rast gəlinir, lakin daha çox tibbi diqqət tələb edir.https://www.cdc.gov/nchs/data/statab/vs00199wktbli.pdf Page 1922

Bəzən daha ağır hallarda qan gözyaşı kanalı ilə yuxarı qalxaraq göz çuxurundan çölə də axa bilir.Management of Epistaxis — January 15, 2005 — American Family Physician Təzə və laxtalanmış qanın mədəyə axaraq ürəkbulanma və qusmaya səbəb olduğu hallara da rast gəlinir.Lubianca Neto JF, Fuchs FD, Facco SR, Gus M, Fasolo L, Mafessoni R, Gleissner AL. Is epistaxis evidence of end-organ damage in patients with hypertension?. Laryngoscope. 1999 Jul;109(7 Pt 1):1111-5. PMID 10401851

Burun qanaxmaları çox nadir hallarda ölümlə nəticələnir. Məsələn, 1999-cu ildə ABŞ-da 2,4 milyon ölüm hadisəsindən yalnız 4-ü burun qanaxması nəticəsində olmuşdur. Burun qanaxmasından olan ən məşhur ölüm hadisəsi hun hökmdarı Attilanın ölümü olmuşdur. O, öz toyundan sonra keçirilən içkili məclisdən sonra yuxuya getmiş və yuxuda burnundan gələn qanla boğularaq vəfat etmişdir.

Etiologiyası Burun qanaxmaslarının səbəblərini yerli və sistemli faktorlar olmaqla iki qrupa bölmək olar.

Yerli amillər Ən geniş yayılan amillər Burun travması Yad cisimlər (burun qurdalamaq) İltihabi proseslər (ORVİ, xroniki sinüzit, allergik rinit və s.) Baş travması (məsələn baş nahiyyədən güllə yarası almaq)

Digər rast gəlinə biləcək səbəblər Anatomik deformasiyalar (məsələn, Rendu-Osler xəstəliyində telenjiektaziyalar) Dərmanların inhalyasiyası (xüsusilə kokain) Burun boşluğu şişləri (nazofaringeal karsinoma və s.) Alınan havanın aşağı nisbi rütubəti (xüsusilə qışda) Burun oksigen kateterinin istifadəsi (burun boşluğunun selikli qişasını qurudur) Burun spreyinin istifadəsi (xüsusilə steroid) Barotravma Cərrahiyyə (burun septumunun plastik əməliyyatı və s.)

Sistemli amillər Ən geniş yayılmış amillər Allergiya Arterial hipertenziya və ya yüksək qan təzyiqi Soyuqdəymə xəstəlikləri

Digər mümkün amillər Dərmanların yan təsirləri (NSAİİ) Alkoqol qəbulu (damarların genişlənməsinə səbəb olur) Qan xəstəlikləri (anemiya, hemoblastoz, İTP və s.) Vitamin C və ya K çatışmazlığı Ürək çatışmazlığı Sistemik birləşdirici toxuma xəstəlikləri Damar xəstəlikləri

Patofiziologiya Burun boşluğunun selikli qişasında damarların çox olması və həmin damarların zədələnməsi qanaxmalara səbəb olur.Management of Epistaxis — January 15, 2005 — American Family Physician Zərər kortəbii və ya travma nəticəsində yarana bilər. Burun qanaxmaları əhalinin 60%-də baş verir.Centers for Disease Control and Prevention. Sexually Transmitted Diseases Treatment Guidelines, 2010. Morbidity and Mortality Weekly Report (MMWR) 2010;59 (RR-12):1-114;HO. Guidelines for the management of sexually transmitted infections. Geneva: World Health Organization, 2003. Ən çox 10 yaşa qədər olan uşaqlarda və 50 yaşdan yuxarı insanlarda meydana gəlir. Qadınlara nisbətən kişilərdə bu qanaxmalara daha tez-tez rast gəlinir.Lubianca Neto JF, Fuchs FD, Facco SR, Gus M, Fasolo L, Mafessoni R, Gleissner AL. Is epistaxis evidence of end-organ damage in patients with hypertension?. Laryngoscope. 1999 Jul;109(7 Pt 1):1111-5. PMID 10401851 Arterial hipertenziya fonunda qanaxma daha uzun çəkir. Antikoaqulyant terapiya və qan xəstəlikləri həm burun qanamasına səbəb ola bilər, həm də onun dəvam etmə müddətini artıra bilər. Yaşlı insanlarda burun selikli qişasının daha quru və incə olması, yaşa bağlı arterial hipertenziyaya meyl və qan damarlarının daralma qabiliyyətinin aşağı olması burun qanaxmalarını daha tez-tez inkişaf edir.

Xəstələrin 90-95% -ində burun qanaxmasının mənbəyi burun çəpərinin ön-aşağı hissəsi (Kiesselbach pleksus), 5-10% hallarda burun boşluğunun orta və arxa hissələridir. Təhlükəli burun qanaxmaları ani başlaması, qısa müddətli olması və çoxlu miqdarda qan itkisi ilə xarakterizə olunur.Canadian Guidelines on Sexually Transmitted Infections, 2008 Edition (Updated Jan 2010). Ottawa, ON: Public Health Agency of Canada. Available at: ;17th WHO Model List of Essential Medicines. Unedited report of the 18th Expert Committee on the Selection and Use of Essential Medicines. 21-25 March 2011, Accra, Ghana. Available at URL: http://www.who.int/selection_medicines/Complete_UNEDITED_TRS_18th.pdf . Last access 19, May 2011;Bignell C. 2009 European (IUSTI/WHO) guideline on the diagnosis and treatment of gonorrhoea in adults. International journal of STD & AIDS 2009 Jul;20(7):453-7. Belə qanaxma burun boşluğunda iri qan damarının, üz sümüklərinin qırılması, anevrizmanın yırtılması və ya parçalanan bədxassəli şiş nəticəsində yarana bilər. Burun qanaxmaları ağciyər qanaxması (qırmızı, köpüklü qan) və ya yuxarı mədə-bağırsaq traktından qanaxma (tünd, laxtalanmış) ilə də müşahidə edilə bilər.

İstinadlar

Kateqoriya:Əlifba sırasına görə simptomlar Kateqoriya:Zədələr Kateqoriya:Damar xəstəlikləri Kateqoriya:Qan xəstəlikləri Kateqoriya:Qan Kateqoriya:İlk yardım Kateqoriya:Qanaxma Kateqoriya:Otorinolarinqologiya