Ferents Puşkaş (, ilk adı Ferents Purtselad idi; ) ― Macar futbolçu və məşqçi.
O bütün zamanların ən yaxşı oyunçularından biri və beynəlxalq məşhurluq qazanan ilk idmançılardan biri hesab olunur. Məhsuldar hücumçu olan Puşkaş Macarıstan millisinin heyətində 85 matçda 84 qol vurmuş, İspaniya komandasında dörd beynəlxalq oyun keçirmiş və Macarıstan və İspaniya liqalarında 529 matçda 514 qol vurmuşdur. O, 1952-ci ildə Olimpiya çempionu oldu və ölkəsini 1954 Dünya Kubokunun finalına çıxardı. O, üç Çempionlar Kuboku (1959, 1960, 1966), 10 ölkə çempionatı (5 Macarıstan və 5 İspaniya Primera Divizyonu)) və 8 yüksək fərdi mükafat qazanmışdır. 1995-ci ildə IFFHS tərəfindən 20-ci əsrin ən böyük çempionat bombardiri elan etdi. Karyerası ərzində rəsmi oyunlarda vurduğu 808 qolla, o, bütün zamanların üçüncü ən yaxşı bombardiridir.
Onun atası Ferents Puşkaş böyük da futbolçu idi. Puşkaş karyerasına Macarıstanda, Honved klubunda başlamışdır. Dörd dəfə Macarıstan Liqasının bombardiri və 1948-ci ildə Avropanın ən yaxşı bombardiri olmuşdur. 1950-ci illərdə, "Qüdrətli macarlar" kimi tanınan Macarıstan millisinin həm görkəmli üzvü həm də kapitanı idi. Macar inqilabından iki il sonra 1958-ci ildə İspaniyaya mühacirət etdi və burada "Real Madrid"də oynamağa başladı. "Real Madrid" ilə Puşkaş dörd "Piçiçi" mükafatı qazandı və Çempionlar Kubokunun 2 finalında oynayaraq yeddi qol vurdu.
Futbolçu karyerasını bitirdikdən sonra o, məşqçilik etməyə başladı. Məşqçi karyerasının ən diqqət çəkən məqamı 1971-ci ildə "Panatinaykos"u Çempionlar Kubokunun finalına çıxarması oldu, hansında ki yunan təmsilçisi "Ayaks"a 2:0 hesabı ilə məğlub olmuşdur. 1993-cü ildə Macarıstana qayıtdı və müvəqqəti olaraq Macarıstan milli komandasına başçılıq etdi. 1998-ci ildə ilk FIFA/SOS Xeyriyyə səfirlərindən biri oldu. 2002-ci ildə Budapeştdəki "Nepştadion" stadionu onun adını daşımağa başladı. Həmçinin o, 2003-cü ilin noyabrında UEFA Yubiley Mükafatları tədbirində Macarıstan Futbol Federasiyası tərəfindən son 50 ilin ən yaxşı macar oyunçusu elan edildi. 2009-cu ilin oktyabrında FIFA il ərzində "ən baxımlı qol" vuran oyunçuya təqdim olunan FIFA Puskaş mükafatını təsis etdi. Bundan başqa, Pele onu FİFA 100 siyahısına əlavə etmişdir.
İstinadlar
Kateqoriya:Macarıstan futbolçuları Kateqoriya:Macarıstan milli futbol komandasının oyunçuları Kateqoriya:Macarıstan futbol məşqçiləri Kateqoriya:İspaniya futbolçuları Kateqoriya:İspaniya milli futbol komandasının oyunçuları Kateqoriya:İspaniya futbol məşqçiləri Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Honved FK futbolçuları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:Real Madrid FK futbolçuları Kateqoriya:Müxtəlif milli futbol komandalarında çıxış etmiş oyunçular Kateqoriya:1954 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:1962 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:1952 Yay Olimpiya Oyunlarında futbolçular Kateqoriya:Macarıstan Olimpiya milli futbol komandasının oyunçuları Kateqoriya:Olimpiya qızıl medalına sahib Macarıstan idmançıları Kateqoriya:Piçiçi mükafatı qalibləri Kateqoriya:FİFA 100 Kateqoriya:UEFA Yubiley Mükafatı sahibləri Kateqoriya:La Liqa məşqçiləri Kateqoriya:Alaves FK məşqçiləri Kateqoriya:Real Mursiya FK məşqçiləri Kateqoriya:Birləşmiş Futbol Assosiasiyası məşqçiləri Kateqoriya:Şimali Amerika Futbol Liqası (1968–1984) məşqçiləri Kateqoriya:Yunanıstan Super Liqası məşqçiləri Kateqoriya:Panatinaikos FK məşqçiləri Kateqoriya:AEK Afina FK məşqçiləri Kateqoriya:Kolo-Kolo FK məşqçiləri Kateqoriya:Sauz Melburn FK məşqçiləri Kateqoriya:Macarıstan milli futbol komandasının məşqçiləri Kateqoriya:Macar dezertirlər Kateqoriya:Altsheymer xəstəliyindən vəfat edənlər Kateqoriya:Olimpiya medallı futbolçular Kateqoriya:Səudiyyə Ərəbistanı milli futbol komandasının məşqçiləri Kateqoriya:Serro Porteno FK məşqçiləri Kateqoriya:Əl-Misri FK məşqçiləri Kateqoriya:Vankuver Royals FK məşqçiləri Kateqoriya:Sol de Amerika FK məşqçiləri Kateqoriya:1952 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:UEFA Çempionlar Liqasının qalib futbolçuları Kateqoriya:Macarıstan futbol çempionatının futbolçuları Kateqoriya:Legioner Macarıstan futbolçuları Kateqoriya:İspaniyanın kişi futbolçuları Kateqoriya:Macarıstanın kişi futbolçuları Kateqoriya:Ferents Puşkaş Kateqoriya:UEFA Çempionlar Liqasının bombardirləri Kateqoriya:Yunanıstanda legioner İspaniya idmançıları Kateqoriya:Macarıstanın "Xidmətlərə görə" ordeninin komandorları Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular Kateqoriya:Futbol üzrə olimpiya çempionları