Vlyora və ya AvloniyaВлёра // Словарь географических названий зарубежных стран / отв. ред. А. М. Комков. — 3-е изд., перераб. и доп. — М. : Недра, 1986. — С. 79.Албания // Атлас мира / сост. и подгот. к изд. ПКО «Картография» в 2009 г. ; гл. ред. Г. В. Поздняк. — М. : ПКО «Картография» : Оникс, 2010. — С. 70. — ISBN 978-5-85120-295-7 (Картография). — ISBN 978-5-488-02609-4 (Оникс) (Avloniya buxtası; ) — Adriatik dənizinin körfəzlərindən biri olub, Albaniyanın cənubunda, Vyosa çayının mənsəbindən cənubda yerləşir. İnzibati cəhətdən Avloniya vilayətinin Avloniya dairəsinə daxildir. Körfəz nisbətən kiçik ölçülərə malik olsa da, kifayət qədər dərin suludur. Maksimal dərinliyi 54 metrdir (bəzi mənbələrə əsasən — 51 metr). Körfəzin uzunluğu 17,5 km-dir. Qabarma və çəkilmələr qeyri-müntəzəm yarı sutkalıq xarakter daşıyır; maksimum səviyyə fərqi 0,4 metrə qədər çatır.Влёра // Вешин — Газли. — М. : Советская энциклопедия, 1971. — С. 151. — (Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров ; 1969—1978, т. 5)Влёра // Краткая географическая энциклопедия : в 5 т. / глав. ред. А. А. Григорьев. — М. : Советская энциклопедия, 1960. — Т. 1 : Ааре — Дятьково. — С. 353. — (Энциклопедии. Словари. Справочники.). — 62 000 экз
Adriatik dənizinin təbii şəkildə ən yaxşı mühafizə edilən körfəzlərindən biri hesab olunur. Körfəz, Adriatik dənizini İon dənizi ilə birləşdirən Otranto boğazından Karaburun yarımadası və Sazan adası ilə ayrılır. Yarımadanın qərb ucunu Güheza burnu təşkil edir. Sazan adası Karaburun yarımadasından Karaburun boğazı (Mezokanal) vasitəsilə ayrılır. Körfəzin şimal hissəsi Treporti burnu ilə məhdudlaşır. Bu burnun cənub-şərqində, körfəzin şimal-şərq sahilində Vlyora şəhəri və limanı yerləşir..
Qış aylarında ərazidə hökm sürən güclü cənub-şərq küləkləri limana yanaşmanı əhəmiyyətli dərəcədə çətinləşdirir. Vlyora şəhəri şimalda yerləşən Patos neft hasilatı rayonu ilə neft kəməri vasitəsilə birləşir və ölkənin əsas neft ixrac limanı hesab olunur.
Treporti burnunun yaxınlığında Narta laqunu (dəniz və ya okean sahillərində yerləşən, ətraf mühitdən (əsasən dənizdən) qum tirələri, bəndlər, sahil adaları və ya mərcan rifləri ilə qismən ayrılmış, nisbətən dayaz duzlu və ya duzlu-şirin su hövzəsi) yerləşir. Körfəzin daxili hissəsində isə sahilində Dukati kəndininЛист карты K-34-123-Г. salındığı Dukati körfəzi mövcuddur.Лист карты K-34-XXXII. Масштаб: 1 : 200 000. Указать дату выпуска/состояния местности.
Körfəzin cənub sahilində qədim Orik şəhərinin qalıqları üzərində salınmış arxeoloji park və Daylyani gölü yerləşir.Лист карты K-34-135-Б
Paşa-Liman bazası
Paşa-Liman körfəzinin daxilində, Dukati körfəzinin dərinliyində yerləşən Paşa-Liman sualtı qayıq bazası 1958-ci ilin yayından etibarən SSRİ ilə birgə yaradılmış hərbi-dəniz bazası kimi fəaliyyət göstərmişdir. 1958-ci il 4–24 avqust tarixlərində 613 layihəsinə məxsus dörd sualtı qayıq ("S-241", "S-242", "S-358", "S-360") və 233K layihəli "Vladimir Nemçinov" adlı sualtı qayıqlar üçün üzən baza Baltik dənizindən Paşa-Liman körfəzinə keçid etmişdir.
1958-ci il 27 oktyabr tarixli Qara Dəniz Donanması Baş Qərargah rəisinin direktivinə əsasən, Paşa-Liman körfəzində yerləşdirilən sualtı qayıqlar Qara Dəniz Donanmasının komandanlığına tabe olan 40-cı müstəqil sualtı qayıq briqadası tərkibinə verilmişdir.
1959-cu ilin may ayında bazaya SSRİ KP Mərkəzi Komitəsinin birinci katibi Nikita Sergeyeviç Xruşşov səfər etmişdir. 1960-cı ilin avqustunda bazada daha dörd 613 layihəli sualtı qayıq yerləşdirilmişdir: "S-71", "S-95", "S-356", "S-357". 1961-ci ilin yanvarında isə əlavə dörd sualtı qayıq ("S-191", "S-250", "S-280", "S-374") və 310 layihəli "Viktor Kotelnikov" adlı üzən baza yerləşdirilmişdir.Коряковцев А. А., Ташлыков С. Л. Развитие системы базирования, тылового и технического обеспечения военно-морской деятельности советского ВМФ в Средиземном море. К 60-летию создания передового пункта базирования в Средиземноморской морской зоне. // Военно-исторический журнал. — 2018. — № 7. — С.4—7.
1961-ci ilin iyun ayında SSRİ ilə Albaniya arasında baş vermiş siyasi qarşıdurma nəticəsində baza bağlanmışdır. Həmin ay 8 sualtı qayıq və "Viktor Kotelnikov" bazanı tərk edərək Baltik dənizində yerləşən Liepaya hərbi-dəniz bazasına köçürülmüşdür. Dörd sualtı qayıq ("S-241", "S-242", "S-358", "S-360") və "Vladimir Nemçinov" adlı üzən baza Albaniya Hərbi Dəniz Qüvvələrinə təhvil verilmişdir.
1990-cı illərin əvvəllərində Albaniyada kommunizmin süqutundan sonra baza Türkiyə tərəfindən yenidən qurulmuş və hazırda Albaniya Hərbi Dəniz Qüvvələri tərəfindən istifadə olunur.
İstinadlar
Ədəbiyyat siyahısı
Kateqoriya:Adriatik dənizi boğazları Kateqoriya:Albaniya coğrafiyası