Merops variegata — Qızlarquşular yarımfəsiləsinə aid quş növü.

Ümumi məlumat Merops variegata "Meropidae" ailəsinin üzvüdür. Bu ailənin bütün üzvləri görünüşcə oxşardır və əsasən "Hymenoptera" dəstəsindən olan həşəratlarla qidalanır. Merops variegata "Merops variegatus", "Meropidae" ailəsinin bir sıra fiziki xüsusiyyətlərini nümayiş etdirir. Onun nisbətən böyük başı, qısa boynu, parlaq lələkləri, uzun əyri və incə dimdiyi və geniş qara göz zolağı var. M. variegatus 20–26 qram çəkiyə və 18–21 sm uzunluğa malikdir. Əsasən yaşıl rəngli bir quşdur, yaşıl tacı, yaşıl üst hissələri və açıq yaşıl-sarı alt hissələri var.

Qanadlarının əsas lələkləri qırmızımtıl, ikinci dərəcəli lələkləri isə yaşıl rəngdədir və qara ucları var. Ümumilikdə qanadlarının ucları yuvarlaqdır, "Meropidae" ailəsinin köçəri növlərinin qanad ucları isə itidir. Quyruğunda on iki quyruq lələyi var, xarici lələklər qırmızımtıl, mərkəzi lələklər isə yaşıl rəngdədir. Quyruğunun alt hissəsində qara zolaq və ağ ucluq var. Bundan əlavə, quyruğu yüngül V formasındadır və ailənin digər üzvlərində olan quyruq "tellerləri" yoxdur. Mavi-döş arıyeyənin başı ailənin digər üzvlərindən bir sıra xüsusiyyətlərlə fərqlənir. Qara göz zolağının üstündə mavi zolaq, narıncı-qırmızı iris, ağ yanaq və parlaq sarı boğazı var.

Merops variegataya Anqola, Zambiya, Tanzaniya, Uqanda, Konqo Demokratik Respublikası, Nigeriya və Kamerun kimi bir çox Mərkəzi Afrika ölkələrində rast gəlinir. Bu ölkələrdə onlar göl sahillərindən tutmuş Konqo çayı hövzəsinin sərhədlərindəki savanna otlaqlarına qədər müxtəlif yaşayış yerlərində məskunlaşıblar. Həmçinin bataqlıqlarda, otlu yamaclarında və papirus yataqlarında da qeydə alınıb. Lakin bu növ adətən açıq və rütubətli yaşayış yerləri ilə əlaqələndirilir.

Bu növün oturma mahnısı qısa trillərdən ibarətdir: "pip", "tup-tup" və "trrip". Cütləşmə mahnısı isə daha genişdir: "turrp p’ti p’ti p’ti".

"Meros" cinsinin üzvləri "Meropidae" ailəsinin digər üzvlərindən fərqli olaraq əsasən Hymenoptera dəstəsindən olan həşəratlarla qidalanır. Merops variegatanın qidasına müxtəlif həşərat növləri daxildir. Lakin qidanın böyük hissəsini bal arıları, çiçək arıları və Halictid arıları təşkil edir. Qalan hissəsi isə milçəklər, böcəklər, yarımsərtqanadlılar, çəyirtkələr və kəpənəklərlə tamamlanır.

Merops variegatanın cütləşmə dövrü coğrafi yerləşməsindən asılı olaraq fərqli vaxtlarda baş verir. Şimal ərazilərində çoxalma fevral-mart aylarında, şərqdə oktyabr-dekabr aylarında, cənubda sentyabr-oktyabr aylarında, qərbdə isə avqust-sentyabr aylarında baş verir. Yuvalar otlu yamaclarda və ya eroziyaya uğramış göl sahillərində qazılır. Yuva 45–75 sm uzunluğunda bir tuneldən ibarətdir və 17–70 x 18–22 sm ölçülü yumurta kamerasına aparır. Yumurtalar inkubasiya zamanı döşənilməmiş yumurta kamerasında saxlanılır.

Statusu "IUCN Qırmızı Siyahı" bu növü təhlükə altında olmayan növ kimi təsnif edib.

Qalereya

İstinadlar

Xarici keçidlər

Greeting call of perched birds

Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Afrika quşları Kateqoriya:Lui Pyer Vyeyo tərəfindən adlandırılmış taksonlar Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:1817-ci ildə təsvir edilən quşlar