Lev Yaşin () — əfsanəvi sovet futbol qapıçısı, 5-qat SSRİ çempionu, "Qızıl top" mükafatını almış yeganə qapıçı.
Həyatı Sovet futbolunun görkəmli şəxsiyyətlərindən olan Lev İvanoviç Yaşin 22 oktyabr 1929-cu ildə Moskvada doğulub.
Karyerası O, futbolçu karyerası ərzində yalnız "Dinamo" (Moskva) klubunda çıxış edib. 1949-cu ildən "Dinamo" (Moskva) klubunda oynamağa başlayan qapıçı 5 il sonra SSRİ yığmasına cəlb olunub. O, 1956-cı il Melburn Yay Olimpiya Oyunlarında və 1960-cı il Avropa çempionatında qızıl medal qazanıb. 1954–1959-cu illərdə Dinamo Moskva klubunda azərbaycanlı futbolçulardan Ələkbər Məmmədovla, 1966-cı il dünya çempionatında isə yığmanın tərkibində Anatoli Banişevski ilə birgə çıxış edib.
1963-cü ildə ona Avropanın ən yaxşı futbolçusu üçün müəyyənləşdirilən "Qızıl top" mükafatı verilib. 1986-cı ildə olimpiya ordeninə və bundan 2 il sonra FİFA-nın qızıl ordeninə layiq görülüb.
1971-ci il mayın 27-də futbolçu karyerasını başa vurduqdan sonra o, bir müddət uşaq və yeniyetmələrdən ibarət komandalarda məşqçi kimi çalışıb. İntensiv siqaret çəkməsi ilə əlaqədar damarlarının tutulması üzündən 50 yaşından sonra onun sol ayağında qanqrena başlayıb. Buna görə də Yaşin 1984-cü ildə bir ayağından məhrum olub. Lakin o, yenə siqareti tərgitməyib. Nəticədə 20 mart 1990-cı ildə 61 yaşında vəfat edib.
İstinadlar
Xarici keçidlər Lev Yaşinin 80 yaşı tamam oldu
Yaşin Yaşin Yaşin Yaşin Yaşin Kateqoriya:1956 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:SSRİ Daxili İşlər Nazirliyinin əməkdar işçiləri Kateqoriya:SSRİ milli futbol komandasının oyunçuları Kateqoriya:1970 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:1966 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:1962 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:SSRİ Yüksək Liqası futbolçuları Kateqoriya:1960 UEFA Millətlər Kuboku futbolçuları Kateqoriya:1964 UEFA Millətlər Kuboku futbolçuları Kateqoriya:Olimpiya medallı futbolçular Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:SSRİ-nin əməkdar idman ustaları Kateqoriya:"Moskvanın 800 illik xatirəsinə" medalı ilə təltif edilənlər Kateqoriya:SSRİ-nin 2-ci dərəcəli "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilənlər Kateqoriya:SSRİ-nin 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilənlər Kateqoriya:1958 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Mədə xərçəngindən ölənlər Kateqoriya:Olimpiya qızıl medalına sahib SSRİ idmançıları Kateqoriya:Beynəlxalq dərəcəli SSRİ idman ustaları Kateqoriya:SSRİ polkovnikləri Kateqoriya:1956 Yay Olimpiya Oyunlarında futbolçular Kateqoriya:Kişi futbol qapıçıları Kateqoriya:Futbol üzrə olimpiya çempionları