Nilufər Kuyaş (d.1954, İstanbul) — Türk yazıçı və tərcüməçi.

Həyatı Nilufər Kuyaş 1954-cü ildə İstanbulda anadan olub. Robert Kollecini bitirib. O, bakalavr təhsilini Amerikanın Massaçusets əyalətindəki Vallesley Kollecində fəlsəfə sahəsini oxuyub. Nilufər Kuyaş sosial psixologiya sahəsi üzrə Türkiyənin Boğaziçi Universitetində magistratura təhsili alıb. Təhsilini İngiltərədə doktorantura oxuyaraq davam edib.

Karyerası İngiltərədə yaşadığı müddətdə, 1982–1993-cü illər arasında "BBC"nin Türkiyə yayımlarında prodüser və aparıcı olaraq fəaliyyət göstərib. Kuyaş 1982-ci ildə Tomas Kunun "Elmi inqilabların quruluşu" adlı əsərini tərcümə edib. Türkiyəyə qayıtdıqdan sonra "Milliyyət" qəzetində "İntellektual baxış" səhifəsinin redaktoru və yazıçısı olaraq işləyib. Nilufər Kuyaş "Tarafta" da köşə yazarı kimi fəaliyyət göstərib. 3 il ərzində NTV — də "Kritik" adlı incəsənət və mədəniyyət proqramında fəaliyyət göstərib. O, bu proqramla 1997-ci ildə Radio və Televiziya Jurnalistləri Cəmiyyətinin "Televiziya Mükafatı" nı alıb.

Yaradıcılığı Kuyaş "Başqa həyatlar" (2003) adlı əsəri ilə ilk dəfə ədəbiyyat həyatına qədəm qoydu. Bu kitab, 2004-cü ildə "Memet Fuat Deneme Ödülü" ilə mükafatlandırılıb. Ardı ilə roman və hekayələr yazıb.

Əsərləri Başqa həyatlar Yeni başdan Adadaki ev Sərbəst düşüş Yox adam Qarasevda kitabı

Xarici keçidlər

K24'teki yazıları

İstinadlar

Kateqoriya:1954-cü ildə doğulanlar Kateqoriya:Türk yazıçılar Kateqoriya:Türkiyə tərcüməçiləri