Vladimir Georgiyeviç Gelfreyx () — sovet memarı.

Həyatı Vladimir Georgiyeviç Gelfreyx 24 mart 1885-ci ildə Sankt-Peterburqda məmur ailəsində anadan olmuşdur. O, 1906–1914-cü illərdə Sankt-Peterburq Rəssamlıq Akademiyasında təhsil almışdır.

Onun layihələri üzrə Leninqrad, Moskva və Rostovda iri ictimai binalar tikilmişdir. 1946–1949-cu illərdə SSRİ Dövlət mükafatı, 1965-ci ildə Sosialist Əməyi Qəhrəmanı, 2 dəfə Lenin ordeni ilə təltif edilmişdir.

Vladimir Georgiyeviç Gelfreyx 7 avqust 1967-ci ildə Moskvada vəfat etmişdir.

İstinadlar

Kateqoriya:SSRİ memarları Kateqoriya:Stalinist memarlıq Kateqoriya:XX əsr memarları