Qaya (; ) — Hindistanın Bihar ştatının cənub-qərbində yerləşən inzibati dairə. 1865-ci ildə yaradılmışdır. İnzibati mərkəzi Qaya şəhəridir.

Dairənin ümumi sahəsi 4978 km² təşkil edir. 2001-ci il Hindistan ümumi siyahıyaalınmasının məlumatına görə, əhalisi 3 473 428 nəfər olmuşdur. Yetkin əhali arasında savadlılıq səviyyəsi 50,45 % təşkil etmişdir ki, bu göstərici Hindistan üzrə orta səviyyədən (59,5 %) aşağıdır.

Tarixi

Qaya dairəsi 1865-ci ildə inzibati vahid kimi formalaşdırılmışdır. Ərazi qədim dövrlərdə Maqadha dövlətinin tərkib hissəsi olmuş və həm hinduizm, həm də buddizm üçün mühüm dini-mədəni mərkəz kimi tanınmışdır.

Coğrafiyası

Qaya dairəsi Bihar ştatının cənub-qərb hissəsində yerləşir. Ərazinin relyefi əsasən alçaq dağlar və daşlı təpələrlə əhatələnmişdir. Dairənin əsas çayı Falqo çayıdır. Ərazisi təxminən Trinidad adasının ərazisi qədərdir.

Paytaxt: Qaya Sahəsi: Ümumi 4,976 km2 Kənd: 4891.48 Şəhər: 84.52 Temperatur: minimum 0.8 (B.e. 2002) dərəcə C – maksimum 49.8 (1996) dərəcə C Çaylar: Falqu

Əhalisi

2001-ci il siyahıyaalınmasına əsasən, dairənin əhalisi 3,47 milyon nəfər olmuşdur. Əhalinin böyük əksəriyyətini hindular təşkil edir. Savadsızlıq səviyyəsi ölkə üzrə orta göstəricidən yüksəkdir.

2011-ci il siyahıyaalınmasına görə isə, Qaya dairəsinin əhalisi 4 391 418 nəfər təşkil etmişdir ki, bu isə öz növbəsində təqribən Moldovanın və ya ABŞ-nin Kentukki ştatının əhalisinə bərabərdir. Bu göstərici ilə dairə Hindistanda (cəmi 640 dairə arasında) 42-ci yerdə qərarlaşır. Dairənin əhali sıxlığı hər kvadrat kilometrə 880 nəfər (kvadrat milə 2 300 nəfər) təşkil edir. 2001–2011-ci illər ərzində əhalinin artım tempi 26,08 % olmuşdur. Qayanın cins nisbəti hər 1000 kişiyə 932 qadın, savadlılıq səviyyəsi isə 66,35 %-dir. Əhalinin 13,24 %-i şəhər yerlərində yaşayır. Planlı kastalar və planlı tayfalar əhalinin müvafiq olaraq 30,39 %-ni və 0,07 %-ni təşkil edir.

2011-ci il Hindistan siyahıyaalınması zamanı dairə əhalisinin 51,36 %-i hind dilini, 41,37 %-i maqahi dilini, 7,04 %-i isə urdu dilini ana dili kimi göstərmişdir. Yerli dil maqahi dilidir.

İqtisadiyyatı

İqtisadiyyatı əsasən turizm və kənd təsərrüfatına əsaslanır. Bununla belə, Qaya həm də toxuculuq sənayesinə görə Biharın Mançesteri adlandırılır. Bura hal-hazırda Geri Qalmış Regionlara Qrant Fondu Proqramından (, qısaca BRGF) vəsait alan Biharın 36 rayonundan biridir.

Mədəniyyəti və dini əhəmiyyəti

Qaya hindu və buddistlər üçün mühüm zəvvarlıq mərkəzi hesab olunur. Burada Vişnupada məbədi və digər hindu ziyarətgahları yerləşir. Şraddha (ölülər üçün dini ayin) mərasimlərinin keçirilməsi üçün ən mühüm məkanlardan biri hesab olunur.

Görkəmli şəxslər

Daşrat Manci — kəndindən Qaya şəhərinə yolu qısaltmaq üçün təkbaşına dağın içindən keçid açaraq məşhurlaşmışdır.

İstinadlar

Xarici keçidlər

Official Website of district Gaya Information Portal