Agricola infuscatus (Çat milçəkqapanı) — Cənubi Afrikaya məxsus, kiçik ölçülü, sərçəkimilər dəstəsinə aid quş növü.
Təsvir
"Agricola infuscatus" torpaq rəngli açıq qırmızımtıl-qəhvəyi rəngdədir və böyük, açıq rəngli qanad kənarlarına malikdir. Cavan fərdlərin lələkləri xallıdır. Bu quş "çer çer çirrup" kimi səslərdən ibarət mahnı oxuyur. Quşun uzunluğu təxminən iyirmi santimetrdir.
Yaşayış yeri
Çat milçəkqapanı, Cənubi Afrika, Botsvana və Anqolada müşahidə olunur. Bu quş tez-tez alçaq kollarda və telefon məftillərində oturur. Onun təbii yaşayış yeri quru savannalardır. Bununla belə, quş həmçinin kolluqlarda və meşəliklərdə də rast gəlinir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Cənubi Afrika quşları Kateqoriya:1839-cu ildə təsvir edilən quşlar