Eremopterix leucotis (Şabalıdıbel sərçə torağayı) — Sahara səhrasının cənubunda yaşayan və çoxalan sərçəkimilər qrupuna aid bir quş növü.

Təsvir Bu kiçik torağay növü 11 sm uzunluğundadır. Erkək fərdlər gözəl görünüşə malikdir, alt hissələri və başı tamamilə qara rəngdədir, yalnız boynun arxa hissəsində və gözlərin arxasında parlaq ağ ləkələr var. Üst hissələri və qanadları şabalıdı rəngdədir və bəzi tünd zolaqlar var. Qalın dimdiyi bozdur. Dişi şabalıdıbel sərçə torağayı daha solğun görünüşlüdür, alt hissələri və başı ağır zolaqlı açıq sarı-ağ rəngdədir və boynunda ağ zolaq var. Üst hissələri şabalıdı rəngdədir və ləkəlidir. Cavan quşlar, dişi fərdlərə bənzəyir.

Həmçinin bax Eremopterix signatus

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:1814-cü ildə təsvir edilən quşlar Kateqoriya:Afrika quşları