mini|right|Şişə qarşı immunitet və allogen hematopoetik kök hüceyrə transplantasiyasından sonrakı alloimmunitetlə əlaqəli hədəf antigenlərin spektri. Xəstəyə məxsus olan T və B hüceyrələri şişlə assosiasiyalı antigenləri tanımağa induksiya oluna bilirlər. Şiş antigenləri xərçəng hüceyrələri tərəfindən istehsal olunan və orqanizmdə immün cavab doğura bilən antigenlərdir. Bu xüsusiyyətlərinə görə, şiş antigenləri xərçəngin immunoterapiyasında əsas hədəf obyektlərdən biri hesab olunur. Bundan əlavə, bu antigenlər xərçəngin diaqnostikasında müəyyən edilən onkomarkerlərdən biridir.A. Dalgleish und H. Pandha: Tumor antigens as surrogate markers and targets for therapy and vaccines. In: Adv Cancer Res 96, 2007, S. 175—190. PMID 17161680 (Review)
Orqanizmdə şiş antigenləri xərçəng hüceyrələrinin dəyişmiş genomu nəticəsində yaranır. Bu dəyişikliklər nəticəsində orqanizm üçün yad olan gen məhsulları və ya yalnız embrional inkişaf dövründə mövcud olan zülallar meydana çıxa bilər. Bu yad məhsullar hüceyrənin sitoplazmasında, səthində, həmçinin xarici hüceyrə mühitində yerləşə bilər.dkfz: Das Immunsystem: Hat es bei Krebspatienten versagt? vom 7. August 2003K. Kokowski: Zelluläre Immunantwort gegen die Tumorantigene Muzin und Telomerase bei Patienten mit Mammakarzinom. Dissertation, F U Berlin, 2008.
Kəşf tarixi İlk şiş antigeni MAGEA1 (melanoma antigen family A, 1) 1991-ci ildə Brüsseldə yerləşən Lüdvig Xərçəng Tədqiqatları İnstitutunda Pyer van der Brüggen və həmkarları tərəfindən kəşf edilmişdir.P. van der Bruggen u. a.: A gene encoding an antigen recognized by cytolytic T lymphocytes on a human melanoma. In: Science 254, 1991, S. 1643—1647. PMID 1840703
O vaxtdan bəri 2000-dən çox müxtəlif şiş antigeni müəyyən edilmişdir.F. Yang und X. F. Yang: New concepts in tumor antigens: their significance in future immunotherapies for tumors. (PDF-Datei; 245 kB) In: Cell Mol Immunol 2, 2005, S. 331—341. PMID 16368059 (Review)
Xərçəngin müalicəsi üçün ideal olan antigen yalnız şiş hüceyrəsinin özündə istehsal olunan, onun daxilində və ya səthində yerləşən və maksimum miqdarda ifadə olunan antigen hesab olunur.
Bir sıra şiş antigenlərinə qarşı terapevtik monoklonal anticisimlər hazırlanmışdır.
Antigen və inkişaf etmiş monoklonal antikor nümunələri HER2/neu — bu antigen süd vəzi karsinoması ilə xəstələnən qadınların təxminən 20%-ində aşkar olunur., Anticisim: TrastuzumabAnticisim: Trastuzumab
EGFR — yoğun bağırsaq karsinomalarının 80%-də müəyyən edilir. Anticisim: Setuksimab
VEGF — metastaz vermiş kolorektal (yoğun bağırsaq) karsinomasının antigenidir. Anticisim: Bevasizumab
CAMPATH-1 antigeni — xroniki limfoleykoz xəstəliyində ifadə olunur. Anticisim: Alemtuzumab
HLA-DR — kəskin limfoblast leykoz, xroniki limfoleykoz və Qodjkin olmayan limfomalar zamanı aşkar edilir. Anticisim: Apolizumab
Ədəbiyyat G. Parmiani u. a.: Unique human tumor antigens: immunobiology and use in clinical trials. In: J Immunol 178, 2007, S. 1975—1979. PMID 17277099 (Review)
İstinadlar
Kateqoriya:Onkologiya Kateqoriya:Şiş markerləri