Əbu Ruveym Nafi ibn Əbdürrəhman ibn Əbi Nueym əl-Mədəni (; ) — yeddi qaridən biri. Rəmzi ərəb əlifbasındakı "ا" hərfidir. O, Mədinənin qiraət imamıdır.
Bioqrafiyası Əslən İsfahanlıdır. Mədinədə dünyaya gəlib. Əbu Abdullah, Əbu Məhəmməd, Əbu Əbdürrəhman və Əbül-Həsən onun künyələridir. Nisbəsi isə "Leysi"dir. Qiraəti tabiin nəslindən öyrənmişdir. Bu nəslə mənsub olan müəllimlərinin sayı təxminən 70-dir. Əbu Cəfər əl-Mədəni, Əbdürrəhman ibn Hörmüz əl-Ərəc, Şeybə ibn Nisəh, Yezid ibn Ruman, Müslüm ibn Cündəb və Abdullah ibn Əyyaşdır. Mövla ibn Ömərin də onun qiraət müəllimləri arasında xüsusi yeri olmuşdur. Nafi eyni zamanda hədis elmi ilə də məşğul olmuş, Əbdürrəhman ibn Hörmüz əl-Ərəc, Amir ibn Abdullah ibn Zübeyr, Əbdürrəhman ibn Qasım ibn Məhəmməd ibn Əbu Bəkir və Mövla ibn Ömər kimi şəxslərdən hədis rəvayət etmişdir. Malik ibn Ənəs, İsmayıl ibn Cəfər əl-Ənsari, İbn Vərdan, İbn Cəmmaz, Qalun və Vərş onun qiraət üzrə ən qabaqcıl tələbələridir. İsmayıl ibn Cəfər, Qalun, Əsmai, Qanəbi, İbn Vəhb və başqaları ondan hədis rəvayət ediblər. Qalun ilə Vərş, onun qiraətinin məşhur raviləridir. Nafi hicri 169-cu (785) ildə Mədinədə vefat etmişdir.
Qiraət və hədis elmlərindəki yeri O, qiraət sahəsində höccət hesab olunmuş, İbn Mücahid "Kitabüs-Səba"sın ilk ondan bəhs etmişdir. Malikə görə mədinəlilərin qiraəti sünnədir və bu qiraət Nafin qiraətidir. Abdullah ibn Əhməd ibn Hənbəl də atasıdan hansı qiraəti xoşladığı soruluşduğunda atasının belə cavab verdiyini demişdir:
Məkki ibn Əbu Talibə görə də Nafi və Asimin qiraətləri ən edibarlı, sənədi ən səhih və dil baxımından ən fəsix qiraətlərdir.
Nafinin qiraət sahəsində dərin bilik və təcrübəsinin olduğuna şünhə yoxdur. Ancaq hədis sahəsindəki fəaliyyəti olduqca məhdud olmuş, onun rəvayətlərinə "Kütübi-sittə"də yer verilməmişdir. Bununla yanaşı Yəhya ibn Main hədis rəvayətində onu "siqa", Əbu Hətim "saduq" və "salehül-hədis" adlandırmış, İbn Hibban "əs-Siqat"ında ondan bəhs etmişdir. İbn əl-Cəzəri də siqa və salih dəyərləndirmələrinə qoşulmuşdur. Ancaq Əhməd ibn Hənbəl, onun haqqında "qiraəti alına bilər, hədisdə əhəmiyyətsizdir" demişdir. Nəsai isə onun haqqında "ziyanı yoxdur" deməklə kifayətlənmişdir.
Qiraətinin xüsusiyyətləri Nafi qiraətinin bəzi xüsusiyyətləri bunlardır:
"الأنبياء، النبوة، النبيين" kimi kəlmələr "الأنبيئاء، النبوءة، النبيئين" şəklində həmzə ilə oxunur. Yan-yana gələn iki həmzədən ("شهداء إذا" misalında olduğu kimi) birincisi fəthəli, digəri kəsrəlidirsə, ikinci həmzə təshil edilir: "شهداء هَذِا" kimi. Verildiyi hər yerdə "تذكّرون" kəlməsindəki "ذ" hərfi təşdid ilə oxunur: "تذّكّرون". Qalunun rəvayətində cəm "mim"ləri həm silasız həm sila ilə oxunur: "أَ أَنْذَرْتَهُمُو أَمْ لَمْ تُنْذِرْهُمُو لَا يُؤْمِنُونَ" gibi. Yenə Qalunun rəvayətində "هو" ve "هي" zamirlərindən əvvəl "ل، ف، و" hərflərindən biri gəldiyində "هـ" hərfi sakin oxunur: "وهْو، وهْي، فهْو، فهْي، لهْو، لهْي" kimi. Vərşin rəvayətində sakin bir hərfdən sonra qatı həmzəsi gəldikdə nəql edilir. Misal: "مَنْ آمَنَ" ifadəsi "مَنْاَمَنَ" şəklində, "الآخرة" kəlməsi "الاخرة" şəklində oxunur.
Əsərləri Təfsiru Nafi ibn Əbi Nueym əl-Mədəni. "Təfsiru Əta əl-Xorasani", "Təfsiru Müslim ibn Xalid əz-Zənci" və "Təfsiru Yəhya ibn Yəman əl-İcli" əsərləri ilə birlikdə Mədinə şəhərində "Məktəbətüd-Dar" mətbəsində nəşr edilmişdir. Vəqfüt-təmam. Ədədül-Mədiniyyil-əvvəl. Əl-Ədədüs-səni. Mütəşabihül-Quran.
Nafinin rəvayət etdiyi hədislər ibarət olan məcmuəni İbnül-Muqri əl-İsfahani toplanmış, Əbül-Fəzl əl-Huveyni də bu məcmuəni təhqiq edərək "Cüz fihi əhadisü Nafi ibn Əbi Nueym" adı altında nəşr etdirmişdir (Tənta 1991).
Həmçinin bax
Qalun Vərş
İstinadlar
Kateqoriya:Bəqi qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Müsəlman teoloqlar Kateqoriya:Quran qariləri Kateqoriya:Mədinəlilər