Tenoçtitlan (; ) — Astek imperiyasının paytaxtı. Müasir Mexiko şəhərinin yerləşdiyi ərazidə yerləşən Tenoçtitlan, təxminən 1325-ci ildə Teskoko gölünün bataqlıq sahələrində qurulmuşdu. Şəhər Teskoko və Tlakopan ilə birlikdə konfederasiya təşkil etmiş, XV əsrin sonlarında Asteklərin paytaxtına çevrilmişdi.

Tarixi Şəhər Teskoko gölünün üzərindəki kiçik adalarda salınmışdı. Sonradan süni adaların tikintisi ilə tədricən böyüyərək 5 kvadrat mildən (13 kvadrat kilometrdən) çox ərazini əhatə etdi. Şəhər bir neçə bənd yolu (torpaq körpüsü) vasitəsilə materikə birləşdirilmişdi. 1519-cu ildə əhalisinin təxminən 400 min (və ya 200 min) nəfər olduğu güman olunur ki, bu da Mezoamerika tarixinin ən böyük yaşayış məntəqəsidir. Şəhərdə II Montezumanın 300 otaqlı sarayı, məbəd və yüzlərlə tikili var idi. Şəhər 1521-ci ildə ispan konkistadoru Hernan Kortes tərəfindən dağıdıldı. Həmçinin bax Templo Mayor

İstinadlar

Kateqoriya:Məhv olmuş şəhərlər Kateqoriya:Asteklər