Ramin Cabbarlı () — azərbaycanəsilli ABŞ sosioloqu, insan haqları müdafiəçisi, tərcüməçi.

Siyasi fəaliyyətinə görə İranda təqiblərə məruz qalıb və həbs olunub. Əvvəlcə Türkiyəyə daha sonra isə ABŞ-yə mühacirət edib. Sosial elmlərlə bağlı fəaliyyət göstərən "Ətəkyazı" saytının baş redaktoru və "İnklüziv Toplum Fondu"nun prezidentidir.

Haqqında Ramin Cabbarlı 1983-cü il sentyabrın 24-də Parsabad şəhərində anadan olub. Muğan Yazarlar Birliyinin katibi, "Laçın" jurnalının baş redaktoru, "Kimlik" jurnalının redaksiya heyətinin üzvü olub. İranda etnik bərabərlik üçün məqalələr yazıb, ana dili kursu qurub. Yazıları "Yarpaq", "Bayram", "Varlıq", "Kimlik" kimi bir çox jurnallarda çap olunub. Fəaliyyətinə görə daima təqib olunub və 2010-cu il mayın 17-də güc strukturları tərəfindən həbs olunub. Bütün sənədləri, universitet diplomu və pasportu əlindən alınıb.

2011-ci il avqustun 11-də təqiblərdən qurtulmaq üçün Türkiyəyə mühacirət edib. 2014-cü ilin dekabr ayına qədər Türkiyədə siyasi mühacir kimi yaşayıb. Burada olduğu müddətdə tərcüməçiliklə məşğul olub. Türkan Urmulu ilə birlikdə Səməd Behrənginin 12 cildlik uşaq hekayələrini və Bijən Cəzəninin "İran Məşrutə inqilabı - güclər və hədəflər" kitablarını türkcəyə tərcümə ediblər. Ramin Cabbarlı Məmməd Əmin Rəsulzadənin sosiologiya və fəlsəfə ilə bağlı məqalələrini toplayaraq tərcümə edib və "İhtilalci Sosyalizm ve Demokrasi" adı ilə kitab şəklində nəşr etdirib.

2014-cü ilin dekabr ayında ABŞ-yə köçüb. 2015-2018-ci illərdə Vaşinqton Universitetində sosiologiya üzrə bakalavr, 2018-2021-ci illərdə isə magistr təhsili alıb. 2021-ci ildə Vaşinqton Universitetində doktorantura təhsili almağa başlayıb. Təhsil aldığı müddətdə fərqli universitetlərdə sosiologiyadan dərs deyib. 2018-ci ildən etibarən "Ətəkyazı" saytının baş redaktorudur. 2022-ci ildən İnklüziv Toplum Fondunun prezidentidir. İnklüziv Toplum Fondunun əsas fəaliyyət istiqaməti insan haqları, qadın, uşaq, ekoloji hesabatları yaymaqdır.

İstinadlar

Xarici keçidlər İrandakı azərbaycanlılar, ana dili və Amerikada təhsil haqda - Güneyli fəal Ramin Cabbarlı / Amerikanın səsi Ramin Cabbarlı: İran Azərbaycanda aktiv ideoloji təbliğatla məşğuldur / Amerikanın səsi Narazılığın səfərbərliyə təsiri | Ramin Cabbarlı / Əkinçi "İranın azərbaycanlılarla bağlı narahatlığa ciddi əsasları var" - iranlı türk sosioloq Ramin Cabbarlı / BBC Qarabağ müharibəsi və onun nəticələrinin İrana təsiri. Ramin Cabbarlı | TOPTALK Episode 22 | Ramin Jabbarli - researcher and teacher born to an Azerbaijani-Turkish family in Iran / The Caspian Post İran Azərbaycanında insan haqları pozuntuları - Sosioloq Ramin Cabbarlı yeni hesabatı şərh edir / Amerikanın səsi History and current state of ethnic discrimination in Iran. Ramin Jabbarli | TOPconference