Aslandüz — Cənubi Azərbaycanın Ərdəbil ostanında, Parsaabad şəhristanının Aslandüz bəxşində şəhər və bu bəxşin paytaxtıdır.2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 3,910 nəfər və 862 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.Encyclopaedia Iranica Online: ĀṢLĀNDŪZ

Şəhər Arazın sağ sahilində yerləşir. Çaydan qarşıda Füzuli rayonunun Horadiz şəhəri ilə qonşudur.

Mənbə Encyclopædia Iranica: ĀṢLĀNDŪZ

Həmçinin bax Aslandüz döyüşü

İstinadlar

Kateqoriya:Ərdəbil ostanının şəhərləri Kateqoriya:Pərsabad şəhristanı