İsmayıl ibn Həmmad ibn Əbu Hənifə Numan ibn Sabit (; ) — İslam hüquqçusu. O, Əbu Hənifənin nəvəsidir.

Həyatı Atası Həmmaddan, Əbu Yusif və Həsən ibn Ziyaddan fiqh, yenə atası başda olmaqla, Malik ibn Miğvəl, Ömər ibn Zər, Qasım ibn Məan və İbn Əbu Zib kimi alimlərdən hədis təhsili almışdır.

Qəssan ibn Müfəddəl, Ömər ibn İbrahim ən-Nəsəfi, Səhl ibn Osman əl-Əskəri, Əbdülmömin ibn Əli ər-Razi ondan hədis rəvayət etmiş, Əbu Səid əl-Bərdəi də ona tələbəlik etmişdir.

O, Bağdad, Vasit və Raqqa kimi şəhərlərdə qazılıq etmişdir.

İsmayıl ibn Həmmad ibn Əbu Hənifə 827-ci ildə vəfat etmiş və Bağdad şəhərində babasının məzarının yanında dəfn olunmuşdur.

Mənbələrdə İsmayıl ibn Həmmadın "əl-Cami fil-fiqh", "ər-Rəd ələl-Qədəriyyə", "Risalə iləl-Büsti", "Kitabül-İrca" adlı əsərlərin müəllifi olduğu deyilir.

Həmçinin bax

Hənəfilərin siyahısı

İstinadlar

Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Ravilər Kateqoriya:Hənəfilər