Çarli Kirk (; ) — ABŞ sağçı siyasi aktivisti. 2012-ci ildə mühafizəkar "Turning Point USA" (TPUSA) təşkilatının həmtəsisçisi olub və onun icraçı direktoru kimi fəaliyyət göstərib. O, "Turning Point Action", "Turning Point Academy" və "Turning Point Faith" təşkilatlarının baş icraçı direktoru (CEO), "Turning Point Endowment"un prezidenti və Milli Siyasət Şurasının (Council for National Policy) üzvü olub.

Kirk, İllinoys ştatının Arlington Hayts bölgəsində anadan olub və böyüyüb. Orta məktəb illərində Kirk siyasətlə aktiv şəkildə məşğul olurdu, Mark Kirk-in ABŞ Senatına seçki kampaniyasını dəstəkləyir və məktəbin yeməkxanasında qiymət artımına qarşı kampaniya aparırdı. O, qısa müddət Harper Kollecində oxumuş, lakin Tea Party üzvü Bil Montqomerinin təsiri altında tam zamanlı siyasi aktivizmə yönəlmək üçün təhsili yarımçıq qoymuşdur. 2012-ci ildə Kirk "Turning Point USA" (TPUSA) adlı mühafizəkar tələbə təşkilatını qurmuşdur. Təşkilat Foster Friess kimi donorların dəstəyi ilə sürətlə böyümüşdü.

TPUSA-nın baş icraçı direktoru (CEO) kimi Kirk, təşkilatın təsirini "Professor Watchlist" və "School Board Watchlist" kimi təşəbbüslərlə genişləndirərək milyonlarla dollar ianə toplayıb. 2019-cu ildə o, siyasi təşviqat qolu kimi "Turning Point Action"u yaradıb, daha sonra isə mühafizəkar məsələlərdə dini icmaları səfərbər etmək məqsədilə "Turning Point Faith" təşkilatını təsis edib. Kirk, həmçinin mühafizəkar radio proqramı olan "The Charlie Kirk Show"un aparıcısı olub. Donald Trampın əsas tərəfdarlarından biri kimi Kirk, açıq şəkildə mühafizəkar və Tramp tərəfdarı mövqeləri müdafiə edib, COVID-19-la bağlı yanlış məlumatlar yayaraq, kritik irqi nəzəriyyəyə qarşı çıxıb və iqlim dəyişikliyi ilə bağlı elmi konsensusu inkar edib.

2025-ci il sentyabrın 10-da Kirk, 31 yaşında, təşkilatının "American Comeback Tour" çərçivəsində keçirilən tədbir zamanı Orem şəhərində Yuta Vadisi Universitetinin kampusunda TPUSA tədbirində çıxış edərkən güllələnərək öldürülüb.

İstinadlar

Kateqoriya:ABŞ siyasətçiləri Kateqoriya:XXI əsr ABŞ yazıçıları Kateqoriya:ABŞ aktivistləri Kateqoriya:Sui-qəsd qurbanları