VRIO (value, rarity, imitability, and organization – dəyər, nadirlik, təqlidolunmazlıq və təşkilatlanma) — strateji idarəetmə üçün istifadə olunan biznes təhlili çərçivəsi. Daxili təhlil forması kimi VRIO şirkətin bütün resurslarını və imkanlarını qiymətləndirir.Barney, Jay B and Hesterly, William S. Strategic Management and Competitive Advantage: Concepts. 2005 Pearson Education, Inc., Upper Saddle River, New Jersey, 07458
VRIO qısaltması bir resursun və ya imkanın rəqabət potensialını müəyyənləşdirmək üçün verilən dörd əsas sualı ifadə edir:
Dəyər sualı: Bu resurs və ya imkan şirkət üçün dəyərlidirmi? Nadirlik sualı: Bu resurs və ya imkana nəzarət məhduddurmu? Təqlidolunmazlıq sualı: Şirkətin həmin resurs və ya imkanı əldə etməsi və ya inkişaf etdirməsi böyük xərc və çətinlik tələb edirmi? Təşkilatlanma sualı (resurs və ya imkandan istifadə bacarığı): “Şirkət bu resursdan və ya imkanlardan yararlanmaq üçün təşkilatlanıb, hazır və bacarıqlıdırmı?” “Şirkət dəyəri ələ keçirmək üçün təşkilatlanıbmı?”
Bu çərçivənin əvvəlki versiyası VRIN (dəyər, nadirlik, təqlidolunmazlıq və (əvəzedilməzlik)) qısaltması ilə təqdim olunmuşdur. VRIN formatı ilk dəfə 1991-ci ildə Cey Barney tərəfindən irəli sürülmüş, 1995-ci ildə isə VRIO formasında işlənmişdir.Nicholas, J., Introduction to VRIN Framework {|} VRIO Analysis, BusinessAnalystMentor.com, accessed on 12 August 2025
Dəyər Dəyər () — resursun və ya imkanın şirkət üçün iqtisadi və ya strateji üstünlük yaratmaq qabiliyyətini ifadə edir. Resurs dəyərli sayılırsa, o, xərcləri azaltmaq, gəliri artırmaq, bazar payını genişləndirmək və ya müştəri məmnuniyyətini yüksəltmək kimi məqsədlərə xidmət edir. Şirkət yalnız dəyər yaradan resursları uzunmüddətli rəqabət üstünlüyü əldə etmək üçün əsas kimi qəbul edə bilər.Barney, J. (1991). "Firm Resources and Sustained Competitive Advantage." Journal of Management, 17(1), 99–120. https://doi.org/10.1177/014920639101700108
Nadirlik Nadirlik () — resurs və ya imkanın bazarda nə dərəcədə az tapıldığını göstərir.Strategic Management Journal, 5, pp. 171–180. Barney, J.B. (1991). “Firm resources and sustained competitive advantage.” Journal of Management, 19, pp. 99–120. Əgər müəyyən resurs yalnız az sayda rəqibdə mövcuddursa, bu, həmin resursu strateji üstünlük mənbəyinə çevirir. Nadir olmayan resurs rəqabətdə üstünlük təmin etmir, çünki digər şirkətlər də eyni imkanlardan istifadə edə bilirlər.Barney & Hesterly, 2011
Təqlidolunmazlıq Təqlidolunmazlıq () — digər şirkətlərin həmin resursu və ya imkanı əldə etmək və ya onun bənzərini yaratmaq imkanlarının çətinlik dərəcəsini bildirir. Əgər resursu təkrarlamaq yüksək maliyyə və ya vaxt xərci tələb edirsə, yaxud o, unikal tarixi şəraitin nəticəsidirsə, bu resurs davamlı rəqabət üstünlüyü yarada bilər.Hill & Jones, 1998
Təşkilatlanma Təşkilatlanma () — şirkətin mövcud resurs və imkanlardan maksimum dərəcədə yararlanmaq qabiliyyətini ifadə edir. Bu mərhələdə əsas sual belədir: şirkət dəyərli, nadir və təqlidolunmaz resursdan istifadə etmək üçün lazımi struktura,Hill, C.W.L., and G.R. Jones (1998). Strategic Management Theory: An Integrated Approach, 4th. Boston: Houghton Mifflin. idarəetmə proseslərinə və strategiyalara malikdirmi? Təşkilatlanma olmadan, dəyərli və nadir resurs belə rəqabət üstünlüyü yaratmaya bilər.Barney, J. B., & Hesterly, W. S. (2010). VRIO Framework. In Strategic Management and Competitive Advantage (pp. 68–86). New Jersey: Pearson.
İstinadlar
Kateqoriya:Biznes analitikası terminləri Kateqoriya:İdarəetmə nəzəriyyəsi Kateqoriya:İdarəçilik nəzəriyyəsi