Lophophorus lhuysii — Qırqovullar fəsiləsinə aid quş növü. Ümumi məlumat Lophophorus lhuysiinin populyasiyası Çinin mərkəzi dağlarında məhdudlaşmışdır. Lələkləri yüksək dərəcədə parlaq və parıltılıdır. Erkək fərdin böyük, sallanan bənövşəyi kəkili, metalik yaşıl başı, göz ətrafında mavi çılpaq dəri, qırmızı-qızılı mantiyası, mavi-yaşıl lələkləri və qara alt hissələri var. Dişi fərd tünd qəhvəyi rəngdədir və boğazında ağ ləkələr var. Lophophorus lhuysii üç Qırqovul növündən ən böyüyüdür və kütləsinə görə ən böyük qırqovullardan biridir (hind toyuqları və yaşıl və hind tovuzquşlarından sonra). Erkəklərin uzunluğu 76–80 sm (30–31 düym), dişilərin uzunluğu isə 72–75 sm (28–30 düym) arasındadır. Orta çəki təxminən 3,18 kq (7,0 funt) təşkil edir.Biddle, Tami Davis, Pheasants, Partridges, and Grouse : A Guide to the Pheasants, Partridges, Quails, Grouse, Guineafowl, Buttonquails, and Sandgrouse of the World (Princeton Field Guides). Princeton University Press (2002),
Elmi adı olan "lhuysii", Fransa dövlət xadimi Eduard Druen de Luysin şərəfinə verilmişdir.
Qorunma statusu Davam edən yaşayış mühitinin itməsi və pozulması, məhdud yayılma sahəsi və qanunsız ovlanma səbəbilə Beynəlxalq Təbiəti Mühafizə Birliyi (IUCN) Lophophorus lhuysiini "Zəif" kimi qiymətləndirib. "CITES"-in 1-ci əlavə siyahısında qeyd edilmişdir. "London Zooparkı" və "Pekin Zooparkı" Lophophorus lhuysiini saxlayıb, lakin qapalı şəraitdə çoxalma populyasiyası yaratmaq cəhdləri uğursuz olub.
İstinadlar
Xarici keçidlər
ARKive - images and video of the Chinese monal (Lophophorus lhuysii) BirdLife Species Factsheet
Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Asiya quşları Kateqoriya:Həssas növlər Kateqoriya:Çin quşları