Sphaerodactylus ariasae — Ümumi adı ilə "Xaraqua sfero" və ya "Xaraqua cırtdan gekkonu", "Sphaerodactylidae" fəsiləsinə aid olan ən kiçik kərtənkələ növü.
Təsvir
"Sphaerodactylus ariasae" dünyanın ən kiçik məlum sürünənidir. İkinci ən kiçik növ isə Britaniya Vircin adalarına endemik olan "S. parthenopion"-dur. "Xaraqua sferosu"nun uzunluğu burundan quyruq əsasına qədər 14-18 mm (0,55-0,71 düym) arasında dəyişir və ABŞ-nin 25 sentlik sikkəsinə sığa bilər. Onun orta çəkisi 0,13 qram (0,0045 unsiya) təşkil edir.
Coğrafi yayılma
"S. ariasae"-nin coğrafi yayılması, Dominikan Respublikasının cənub-qərb ucunda yerləşən Barahona yarımadasının ən cənub nöqtəsindəki Xaraqua Milli Parkı və Haiti adasındakı yaxınlıqdakı Beata adasının meşəli əraziləri ilə məhdudlaşdığı güman edilir. (Sphaerodactylus ariasae, new species).
İstinadlar
Xarici keçidlər National Geographic: Smallest Known Lizard Found in Caribbean At the Lower Size Limit in Aminote Vertebrates: A New Diminutive Lizard from the West Indies
Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:2001-ci ildə təsvir edilən heyvanlar