Çaykənd Qızılbalıqartırma Zavodu — Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Balıqçılıq və Akvakultura Mərkəzi"nin tabeliyindəki qurum Göygöl rayonunda yerləşir.
Tarixi Fəaliyyətə 1953-cü ildən başlamışdır.
Bu zavod qızılbalıq növlərinin yetişdirilməsinə görə Azərbaycanda qabaqcıl yerlərdən birini tuturdu. Müəssisə ildə 1 milyona yaxın qızıl balıq yetişdirərək Kür çayına və Xəzər dənizinə buraxırdı.Göygöl rayonundakı Çaykənd balıqartırma zavodu tamamilə yenidən qurulacaqdır
Lakin zavodda uzun müddət heç bir təmir işləri aparılmadığından və avadanlıqlar köhnəldiyindən bu rəqəm ildən-ilə azalmışdır. Nəticədə zavodda yetişdirilən balıq növü ikiyə düşmüşdür. Gələcəkdə zavod tam gücünü bərpa etdikdən sonra balıq növlərinin artırılması da nəzərdə tutulmuşdur.
Zavod Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olmuşdur.Bəzi müəssisələr ETSN-dən alınıb KTN-ə verildi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 sentyabr 2025-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Balıqçılıq və Akvakultura Mərkəzi" publik hüquqi şəxsinin tabeliyinə keçmişdir.
Fəaliyyəti Zavodda 3 faza dövrünü yaşayan qızıl balıqlar kürüdən çıxandan sonrakı 2 il müddətində müxtəlif hovuzlarda bəslənilir. Onların qida rasionuna qurd süfrəsi, yumurta sarısı, balıq və iri buynuzlu heyvanın çəkilmiş dalaq və qara ciyərləri daxildir.
Həmçinin bax Azərbaycanda balıqçılıq
İstinadlar
Kateqoriya:1953-cü ildə yarananlar Kateqoriya:Azərbaycanda balıqçılıq Kateqoriya:Çaykənd (Göygöl)