300px|thumb|right|Şuşa qalası Xarıbülbül Musiqi Festivalı çərçivəsində keçirilən atəşfəşanlıq vaxtı

Azərbaycanın mədəniyyət paytaxtı — Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən Şuşa şəhərinin rəsmi statusu.

Arxa plan

Şuşa şəhərinin tarixi-mədəni rolu

Qarabağın əsas şəhəri olan Şuşa Azərbaycan musiqisi və poeziyasının beşiyi, Azərbaycan mədəniyyətinin mərkəzlərindən biridir.Mattew O'Brien. Uzeir Hajibeyov and His Role in the Development of Musical Life in Azerbaijan. — Routledge, 2004. — С. 211. — ISBN 0-415-30219-6, 9780415302197 Azərbaycanlılar üçün şəhər mədəni cəhətdən vacibdir və onu regiondakı mədəni paytaxtları hesab edirlər. Bundan başqa Şuşa şəhəri XVIII əsrin ortalarından 1822-ci ilə qədər Qarabağ xanlığının paytaxtı olmuşdur.Timothy C. Dowling Russia at War: From the Mongol Conquest to Afghanistan, Chechnya, and Beyond Archived 2015-06-26 at the Wayback Machine pp 728 ABC-CLIO, 2 dec. 2014 ISBN 1598849484

Sovet dövründə şəhərin tarixi-memarlıq və şəhərsalma abidəsi kimi yüksək bədii əhəmiyyəti nəzərə alınaraq, 1977-ci ildə Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu yaradılmışdır. Müstəqillik dövründə, 2001-ci ildə Şuşa şəhəri Azərbaycanda UNESCO-nun Ümumdünya irsi obyektlərinin müvəqqəti siyahısına əlavə edilmişdir.

Tarixi

Mədəniyyət paytaxtı elan edilməsi 7 may 2021-ci ildə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilmişdir. Burada məqsəd Şuşanın tarixi formasının və mədəni həyatının bərpa edilməsi, şəhərin Azərbaycan mədəniyyətindəki rolunun beynəlxalq arenada təbliğ edilməsidir:

31 may 2021-ci ildə qəbul edilən qanunla Şuşa şəhərinin qorunmasının, bərpasının, öyrənilməsinin, inkişafının və təbliğinin hüquqi və təşkilati əsasları təyin edilmiş, mədəniyyət paytaxtının ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılmışdır. Şəhərin ərazisində yerləşdiriləcək reklamların şəhərin mədəniyyət paytaxtı kimi statusunu təşviq edən reklamlar olmasına üstünlük verilməsi qərarlaşdırılmışdır.

Türk və İslam dünyasının mədəniyyət paytaxtı statusları Şuşa şəhəri 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan edilmişdir. Həmin il keçirilən VI "Xarıbülbül" Beynəlxalq Festivalında TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının kollektivləri çıxışlar etmişdir. Çıxış edənlər arasında Qırğızıstan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Macarıstan, Özbəkistan, eləcə də Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikası, Qaqauziya (Moldova), Rusiya Federasiyasının Tatarıstan, Altay, Tıva, Xakasiya, Yakutiya respublikaları, Şimali Kipr nümayəndələri var idi.

Şuşa şəhəri 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilmişdir. Həmin il keçirilən VII "Xarıbülbül" Beynəlxalq Festivalında Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Qazaxıstan, Qvineya, Qətər, İndoneziya, İran, Mərakeş, Özbəkistan kimi müsəlman dövlətlərinin nümayəndələri iştirak etmişdir.

Vacib səfərlər

Ölkə başçıları tərəfindən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci il səfəri. Səfər zamanı Ərdoğan güllələnmiş heykəlləri (Xurşidbanu Natəvan, Bülbül və Üzeyir Hacıbəyovun heykəlləri), Natəvan bulağını və Cıdır düzünü ziyarət etmiş, "Musiqi irsi və Qarabağ atları Cıdır düzündə" adlı musiqili kompozisiyaya baxmışdır. Ona Azərbaycan tərəfindən "Zəfər" adlı Qarabağ atı və "Xarıbülbül" kompozisiyası hədiyyə edilmişdir. Səfər çərçivəsində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri ilə bağlı Şuşa Bəyannaməsi imzalanmışdır, "Baykar" şirkətinin baş direktoru Lutfi Haluk Bayraktar "Qarabağ" ordeni ilə təltif edilmişdir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyevanın 2023-cü il səfəri. Səfər çərçivəsində qonaq Saatlı məscidi, Yuxarı Gövhər ağa məscidi, Natəvan bulağı, Mehmandarovların evi, Bülbülün evi, Cıdır düzü və güllələnmiş heykəlləri ziyarət etmiş, Şuşanın baş planı ilə tanış edilmişdir. O, həmçinin Yaradıcılıq Mərkəzində "Heydər Əliyev və Qarabağ" sərgisini də gəzmişdir. Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayevin 2024-cü il səfəri. Tokayev səfər çərçivəsində güllələnmiş heykəlləri ziyarət etmiş, Şuşanın baş planı və Natəvan bulağı ilə tanış olmuşdur. O, Yaradıcılıq Mərkəzində "Heydər Əliyev və Qarabağ" sərgisini gəzmiş, Saatlı məscidində, Bülbülün ev-muzeyində və Cıdır düzündə olmuşdur. Tokayev həmçinin Qarabağ memarlıq məktəbi üsulubunda tikilmiş "Yasəmən" hotelini ziyarət etmişdir. Belarus Prezidenti Aleksandr Lukaşenkonun 2024-cü il səfəri. Lukaşenko səfər zamanı keçmiş şuşalı məcburi köçkünlərin yaşadığı Şuşanın birinci yaşayış kompleksini ziyarət etmiş, Şuşanın baş planı ilə tanış olmuşdur. O, güllələnmiş heykəlləri ziyarət etmiş, Yaradıcılıq Mərkəzində "Heydər Əliyev və Qarabağ" sərgisinə baxmışdır. Lukaşenko həmçinin Cıdır düzünə, Şuşa qalasına və Bülbülün evinə baş çəkmişdir. Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun 2025-ci il səfəri. Səfər çərçivəsində qonaq gülləbaran edilmiş heykəllər, Bülbülün ev-muzeyi, Yuxarı Gövhər ağa məscidi, Mehmandarovların malikanəsi ilə tanış edilmişdir. Berdiməhəmmədov Cıdır düzündə Qarabağ atlarının təqdimatına baxmış, ona "Dostluq" adlı Qarabağ atı hədiyyə edilmişdir. O, həmçinin Yeni Şuşa məscidinin tikintisi ilə tanış edilmiş, "Heydər Əliyev və Qarabağ" sərgisini gəzmişdir. BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl-Nəhyanın 2025-ci il səfəri. Əmirliklərin Prezidenti Əl-Nəhyan Şuşada rəsmi olaraq qarşılanmışdır. O, gülələlənən heykəllərə, Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialına, tikintisi davam edən Yeni Şuşa məscidinə baş çəkmiş, Şuşa qalasının qabağında şəkil çəkdirmişdir. Qonağın şərəfinə Cıdır düzündə Qarabağ atlarının nümunəvi yürüşü təşkil edilmiş, qonağa "Ərgünəş" adlı Qarabağ atı hədiyyə edilmişdir. Səfər çərçivəsində Azərbaycan və BƏƏ arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə imzalanmışdır.

Digər səfərlər

Azərbaycandakı xarici səfirlər Şuşanın Azərbaycan nəzarətinə qayıtmasından sonra bir neçə dəfə şəhəri ziyarət etmişdir. Ancaq ABŞ və Fransanın Azərbaycandakı səfirləri uzun müddət Şuşaya səfər etməmiş, nəhayət, 2024-cü ilin mayında ABŞ səfiri Mark Libbi, 2025-ci ilin iyununda isə Fransa səfiri Ann Buayon ilk dəfə Şuşaya getmişdir. Mark Libbi səfər çərçivəsində Natəvan bulağı, Şuşa qalası, Xurşidbanu Natəvanın evi, Vaqif məqbərəsi ilə tanış olmağı və Cıdır düzünü görməyi planlaşdırmışdır. Ann Buayonun səfərinə görə, Artsaxın Fransadakı daimi nümayəndəsi Hovannis Gevorgyan Fransa Prezidenti Emmanuel Makrona "qəzəbli" məktub göndərmişdir. Azərbaycanın 50-ə yaxın siyasi partiyası da Şuşa şəhərini ziyarət etmişdir.

Şuşa günləri 2023-cü ildə türk dövlətlərində Şuşa günlərinin keçirilməsi qərarlaşdırılmışdır.

2024-cü ildə Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı Tədbirlər Planında Şuşa günlərinin İslam ölkələrində keçirilməsi planlaşdırılmışdır. Bu tədbiri keçirəcək qurumlar olaraq Azərbaycanın Mədəniyyət Nazirliyi və Xarici İşlər Nazirliyi, həmçinin Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi qərarlaşdırılmışdır. Şuşa günlərində videoçarxların, fotoların, Qarabağ xalçalarının təqdim edilməsi, incəsənət qruplarının çıxışlar etməsi, kitab təqdimatlarının keçirilməsi nəzərdə tutulmuşdur. Şuşa günlərinin keçirildiyi şəhərTarixTəqdimatHədiyyəBursa (Türk dünyasının mədəniyyət paytaxtı statusunun Bursadan Şuşaya keçməsi)8–9 dekabr 2022"Şuşanın tək incisi" bədii-sənədli filmi, İlyas Əfəndiyevin "Qarabağnamə" pyesi və Elçinin "Baş" romanı əsasında "Şuşada ürəyim qaldı" tamaşası, Reza Deqatinin "Azərbaycanın incisi Şuşa" foto-sərgisi, "Yeddi gözəl" musiqi qrupunun çıxışıDaşkənd ("Şuşa Günləri"nin açılış mərasimi)12 aprel 2023Azərbaycan və özbək mahnıları, muğamlar, milli rəqslər, "Azad və çiçəklənən Şuşa" foto və nəşr sərgisiTürk Mədəniyyəti və İrsi Fondunun xatirə hədiyyələriAstana3 oktyabr 2023"Qarabağ" Qadın Milli Geyim Kolleksiyası, Azərbaycan rəssamları Zaur Mirzəyev və Rövşən Bayramovun Şuşaya həsr olunmuş rəsm əsərləri sərgisi, "Yeddi Gözəl" musiqi qrupunun konserti, "Şuşanın tək incisi" sənədli filmiTürküstan7 oktyabr 2023Rabat8 iyun 2024Şuşada yenidən qurulma işləri, XVIII–XIX əsrlərə aid Qarabağ milli geyimləri, Qarabağ mətbəxi və təndir, konsert proqramıKuala-Lumpur28 iyun 2024Şuşa-Qarabağ musiqisi və mətbəxi, "Şuşanın dağları başı dumanlı" bədii-sənədli filmiXivə13 sentyabr 2024Şuşada yenidən qurulma işləri, "Şuşa — dünən və bu gün" adlı foto-sərgiŞuşalı rəssam tərəfindən çəkilən Y. V. Çəmənzəminlinin portretiƏbu-Dabi27 noyabr 2024Şuşanın Baş Planı, "Şuşa — dünən və bu gün" adlı foto-sərgi, Qarabağın milli geyimləri, Azərbaycan milli geyimləri, qala-konsert

Həmçinin bax Qarabağ Azərbaycandır

İstinadlar

Ədəbiyyat Askerov, Ali; Brooks, Stefan; Tchantouridze, Lasha (2020). "The Conflicts In The Caucasus". Post-Soviet Conflicts: The Thirty Years' Crisis. Lanham, Maryland: Rowman & Littlefield.

Rice, Kelsey, "Forging The Progressive Path: Literary Assemblies And Enlightenment Societies In Azerbaijan, 1850–1928" (2018). Publicly Accessible Penn Dissertations. 2913 De Waal, Thomas (2003). Black Garden: Armenia and Azerbaijan Through Peace and War. NYU Press. ISBN 9780814785782.

Xarici keçidlər (Vikimənbə) (Vikimənbə)

Kateqoriya:Şuşa