Qədimbəyovlar — Ermənistanda məşhur Azərbaycan soyu. Bu soydan bır sıra Azərbaycan elm və mədəniyyət xadimləri çıxmışdır.

Soyun nümayəndələri Məhəmmədhüseyn İrəvani — xarrat və ya ağac oyma üzrə usta. Yeganə oğlu Mirzə Qədim İrəvaniyə ornament sənətini öyrətdiyi ehtimal edilir. Mirzə Qədim İrəvani — Azərbaycan rəssamı. Əfşan Qədimbəyova — Azərbaycan Dövlət Dillər İnstitutunun rektoru (1949–1956-cı illər), Azərbaycan SSR-nin Ali Sovetinin sədrinin müavini (1953-cü ildən etibarən). İsmət Axundov — Mirzə Qədim İrəvaninin nəticəsi olan rəssam, Azərbaycanın əməkdar artisti. Zaur Qədimbəyov — "İzvestiya" qəzetinin xüsusi müxbiri. Şaiq Qədimov — tibb elmləri namizədi, "Qan Qohumluğu" (1989), "Mustafa Topçubaşov" (1989), "Ailənin intim dünyası" (1990) kimi əsərlərin müəllifi. Siddiqə Qədimova — Şaiq Qədimovun bacısı, "Sovet Ermənistanı" qəzeti əməkdaşı və SSR-nin Ali Sovetinin deputatı.

İstinadlar

Ədəbiyyat Миклашевская Н. М. Художники XIX в. Мирза Кадым Эривани и Мир Мохсун Навваб / Под ред. Полевого В. М.. — Искусство Азербайджана. — Баку, 1954. — Т. IV.

Kateqoriya:Ermənistan azərbaycanlıları Kateqoriya:Qədimbəyovlar