Onze-Lieve-Vruvetoren qülləsi və yaxud Uzun Con qülləsi () — Niderlandın Amersfoort şəhərində yerləşən kilsə qülləsi. Qotika üslublu tikinti 98,33 metr hündürlüyündədir və şəhərin daxili hissəsində yerləşir. Şəhərin ən diqqətçəkən abidələrindən biridir və Niderlandın üçüncü ən hündür kilsə qülləsidir. Qülləyə aid olan kilsə XVIII əsrdə barıt partlayışı nəticəsində məhv edilmişdir.
Tarixi Bu yerdə ilk kilsə XIV əsrdə inşa edilmişdir. XV əsrdə kilsə üç nefli yeni kilsə ilə əvəz edilmişdir. Qüllənin tam olaraq nə zaman tikildiyi məlum deyil. Tikinti təxminən 1444-cü ildə başlamış və 1470-ci ildə tamamlanmışdır. Tikinti ilə bağlı rəsmi sənədlər 1579-cu ildə Reformasiya zamanı protestantlar tərəfindən məhv edilmişdir. Kilsə və qüllə protestantların əlinə keçmiş və artıq katoliklərə məxsus deyildi.
Kilsə ibadətdən başqa məqsədlər üçün də istifadə edilmişdir. O, sursat anbarı və mərmi istehsalı üçün laboratoriya kimi istifadə edilmişdir. 1986-cı ildə onun tarixi ilə bağlı bəzi araşdırmalar aparılmış və hazırkı meydanda kilsənin orijinal planını görmək mümkündür. Kilsənin kapellası 1651-ci ildə və yenidən 1804-cü ildə yanmışdır. Qüllə 1912–1932, 1965–1970 və 1993–1996-cı illərdə bərpa edilmişdir.www.archiefeemland.nlThe consoles on the website of restoration sculptor Ton Mooy
Qalereya
İstinadlar
Xarici keçidlər
Kadaster Onze-Lieve-Vrouwetoren