Əmr ibn Lüheyy ibn Qamə əl-Xuzai (; ) — Ərəbistana bütpərəstliyi gətirən və yayan şəxs. O, Qəhtanilərə mənsubdur.

Həyatı Yaşadığı dövr haqqında məlumat yoxdur. Frenkouya görə, atasının adı Rəbiə ibn Harisə ibn Əmrdir. Əzraqi, Rəbiəyə Lüheyy də deyildini nəql etmişdir. Anası Füheyrə, Kəbənin başçılarından Harisin nəvəsi idi. O, İsmayılın nəslindən olanlarla birləşərək Cürhümiləri Məkkədən qovdu. Sonra da Kəbənin başçısı oldu.

Bir işlə bağlı Moava gedən Əmr, amalekalıların bütlərə sitayiş etdiklərini görmüş, ilk dəfə gördüyü bu mənzərə qarşısında heyrətə düşərək bu işin mahiyyətini soruşmuşdu. Amalekalılar da bu bütlərin insan formasında düzəldilmiş tanrılar olduğunu və bunlara ibadət etdiklərini söyləmişdilər. Bu cavabdan sonra Əmr, onlardan bir büt istəmiş, onlar da qırmızı əqiqdən düzəldilmiş Hübəli (və ya Mənat) Əmrə vermişdilər. Əmr bu bütü (III əsrin ortalarında) Məkkəyə gətirib Zəmzəm quyusunun üst tərəfinə, Kəbəyə yaxın bir yərə qoymuş və her kəsi ona ibadət etməyə səsləmişdi. Başqa bir rəvayətə görə Əmr Hübəli əl-Cəzirənin Hit şəhərindən gətirmişdir. O tarixdən etibarən ərəblər İbrahim peyğəmbərin Hənif dinindən üz döndərək bütpərəstliyi və politeizmi mənimsədilər. Bu hadisə ərəblərin İslamdan əvvəlki tarixlərində bir dönüm nöqtəsi hesab olunur.

Əmr, Hübəldən sonra İsəf, Nailə, Vəd, Süvə, Yəğus, Yəük, Nəsr və s. bütlər düzəldib ərəbləri bunlara ibadət etməyə səslədi. Məhəmməd, Əmri bu əməllərindən ötrü cəhənnəm odunda bağırsaqıarını sürüryərkən gördüyünü söyləmişdir.

Bütlərə ilk dəfə qurban kəsən də Əmr olmuşdur. Mənbələrdə Əmrin qısaboylu, mavi gözlü bir şəxs olduğu, Xuzaa qəbiləsində böyük nüfuza malik olduğu, hər kəsin ona hörmət etdiyi və uzun bir ömür yaşadığı nəql edilmişdir.

Ədəbiyyatlar Murat Sarıcık. "Hübel" Mekke'ye ne zaman getirildi?

İstinadlar

Kateqoriya:İslam tarixi Kateqoriya:İslamdan əvvəlki Ərəbistan