Moqrovexo () — İspaniyanın Kantabriya bölgəsindəki Kamalenyo bələdiyyəsinin kiçik kəndi. 2008-ci ildəki siyahıyalınmaya əsasən, kəndin əhalisi 44 nəfərdən ibarət idi.

Coğrafiya Moqrovexo Piko de Europa dağlarında dəniz səviyyəsindən 460 metr yüksəklikdə yerləşir, daha dəqiq isə Andara dağ massivinin önündəki Lyebana vadisinin düzənliyində yerləşir. Kənd bələdiyyə paytaxtı Kamalenyodan 4 kilometrlik məsafədə yerləşir.

Buraya CA-887 yoluyla çatmaq mümkündür, bu trassa əsas yol olan CA-185-dən səciyyələnir

Tarixi XIII əsrə qədər Moqrovexoya sənədlərdə "Luarna" deyilirdi, bu ad müqəddəs Toribio de Moqrovexonun da aid olduğu qədim ailəyə məxsus idi. Paskual Madozun 19-cu əsrə aid coğrafi lüğətinə əsasən, Moqrovexo şurası müstəqil yaşayış məntəqələri olaraq qalmaqda davam edən səkkiz məhəllə və ya kənddən ibarət idi: Moqrovexo, Redo, Los Lyanos, Barsena, Besoy, Sebranqo, Lyaves və Valyexo.Pascual Madoz, Diccionario geográfico-estadístico-histórico de España y sus posesiones de Ultramar. Madrid, 1845–1850. Edición facsímil por Ámbito Ediciones, S.A. y Librería Estudio. Valladolid, 1984.

Moqrovexonun bütün şəhər ərazisi mədəni maraq obyektidir və tarixi abidə kimi təsnif edilir.

Abidələr Moqrovexo mədəni maraq obyekti və tarixi məskən elan edilib. Abidələr sırasına daxildir:

13-cü əsrin sonlarına aid "Pedro Ruiz de Moqrovexo qülləsi", qorunan binalar içərisində ən qədimidir. 17-ci əsrə aid Müqqəddəs Məryəmin göyə yüksəlişi kilsəsi XVII və XVIII əsrlərə aid malikanələr Libanieqo tipli adi evlər

İstinadlar

Kateqoriya:Kantabriya bələdiyyələri