Əbu Ubeydə (Əbüz-Zalım) əl-Haris ibn Hillizə ibn Məkruh əl-Yəşküri əl-Bəkri (; ) — müəlləqa şairi.
Bioqrafiyası Onun həyatı haqqında məlumatlar olduqca azdır. İraqın Bənu Bəkr qəbiləsinin Yəşkür qoluna mənsubdur.
Şeirlərindən yalnız müəlləqası və bəzi beytləri dövrümüzə qədər gəlib çatmışdır.
Haris çox uzun bir ömür sürmüşdür. Bəzi mənbələrdə onun 150 il yaşadığı qeyd olunur. Rəvayətə görə onun öz müəlləqası söyləyərkən 135 yaşı var olmuşdur.
Əsərləri Müəlləqasının beytlərinin sayı 81–86 arasında dəyişir. Müəlləqası "Şərhul-qəsaidis-səbit-tivalil-cahiliyyət" (Qahirə. 1963), "Şərhul-qəsaidit-tisil-məşhurat" (Bağdad. 1973), "Şərhul-Müəlləqətil-əşr və əxbəru şuəraihə" (Beyrut. 1988) və başqa adlar altında şərh olunmuşdur.
Həmçinin W. Knatchbull tərəfindən latın, P. Wolff tərəfindən alman, A. P. Caussin de Perceval tərəfindən fransız, A. J. Arberry tərəfindən ingilis və M. Şərəfəddin Yaltqaya tərəfindən türk dillərinə tərcümə edilmişdir.
İstinadlar
Kateqoriya:Ərəb dilində yazan şairlər Kateqoriya:V əsr ərəbləri Kateqoriya:VI əsr şairləri Kateqoriya:VI əsr ərəbdilli şairlər Kateqoriya:VI əsr ərəbləri Kateqoriya:Ərəb şairlər