Galago senegalensis — Qalaqolar fəsiləsinə aid primat növü.
Ümumi məlumat Galago senegalensis ildə iki dəfə, yağışların başlanğıcında (noyabr) və sonunda (fevral) çoxalır. Poliqam olan bu canlıların dişiləri balalarını yarpaqlardan hazırlanmış yuvalarda böyüdürlər. Hər doğuşda 1-2 bala olur, hamiləlik müddəti 110-120 gündür. Galago senegalensis yarıqapalı gözlərlə doğulur və müstəqil hərəkət edə bilmirlər. Bir neçə gün sonra ana körpəni ağzında daşıyır və qidalanarkən onu əlverişli budaqlarda qoyur.
2007-ci ildə Kot-d'İvuarın Tay meşəsində qərb şimpanzeləri üzərində aparılan araşdırma göstərdi ki, yerli dişilər, gənc erkəklər, gənc dişilər və körpə şimpanzelər Galago senegalensisi düzəltdikləri nizələrlə ovlayırlar. Galago senegalensisin yuva yeri tapıldıqda, şimpanzelər yaxınlıqdakı ağacdan bir budaq qırır və dişləri ilə ucunu itiləşdirirlər. Daha sonra tez-tez və sürətlə yuvanın içinə nizə ilə zərbələr endirirlər. Galago senegalensisi öldürdükdən sonra yuvanı qıraraq cəsədi çıxarır və yeyirlər. Bu üsulun gənc bir dişi üçün beş cəhddən yalnız birində uğurlu olduğu müşahidə edilmişdir.FOXNews.com - Killer Chimps Make Spears, Hunt Bushbabies - Science News | Science & Technology | Technology News
Yarımnövləri Galago senegalensisin dörd yarımnövü məlumdur: Galago senegalensis senegalensis Galago senegalensis braccatus Galago senegalensis sotikae Galago senegalensis dunni
Qorunma statusu Beynəlxalq Təbiəti Mühafizə Birliyi onun qorunma statusunu "Təhlükədə olmayan növlər" olaraq qiymətləndirib.
İstinadlar
Ədəbiyyat Thomas Geissmann: Vergleichende Primatologie. Springer-Verlag, Berlin u. a. 2002, ISBN 3-540-43645-6. Ronald M. Nowak: Walker's Mammals of the World. 6th edition. Johns Hopkins University Press, Baltimore MD 1999, ISBN 0-8018-5789-9. Don E. Wilson, DeeAnn M. Reeder (Hrsg.): Mammal Species of the World. A taxonomic and geographic Reference. Johns Hopkins University Press, Baltimore MD 2005, ISBN 0-8018-8221-4.
Xarici keçidlər
Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Afrika məməliləri Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər