Mr.Men və Kiçik Miss () — Britaniyada nəşr edilən uşaq kitabları seriyası. Ümumi məlumat "Mr.Men və Kiçik Miss" kitab seriyası ingilis yazarı və rəssamı Rocer Harqrives tərəfindən yazılmış və illüstrasiya olunmuşdur. İlk nəşri 1971-ci ilin avqustunda baş vermişdir. 1981-ci ildən etibarən eyni müəllif tərəfindən yazılmış və qadın obrazlarını əhatə edən "Little Miss" adlı əlavə bir seriya nəşr olunmağa başlanmışdır. 1978-ci ildə "Timbuctoo" adlı, heyvan obrazlarından ibarət oxşar bir seriya da, başlamışdır. 1988-ci ildə Rocer Harqrives dünyasını dəyişdikdən sonra, oğlu Adam Harqrives yeni "Mr. Men" və "Little Miss" hekayələrini yazmağa və illüstrasiya etməyə başlamışdır.Activities Series With over 50 years heritage and over 90 characters, there’s a Mr. Men Little Miss in us all!
Hər bir kitabda, orijinal "Mr. Men" və "Little Miss" seriyasının hər bir obrazı, fərqli bir başlıq və onların dominant şəxsi xüsusiyyətləri ilə tanıdılır, bu da sadə bir əxlaqi dərsi çatdırmaq məqsədini güdür. "Mr. Men" və "Little Miss" obrazları tez-tez digər obrazların kitablarında da, görsənir. 2021-ci il üçün, ümumilikdə 92 "Mr. Men" və "Little Miss" obrazı bu seriyada yer almışdır. Kitabların sadə hekayələri, parlaq rənglərlə çəkilmiş, cəsarətli illüstrasiyalar ilə dünya üzrə 28 ölkədə 100 milyon nüsxədən çox satılmışdır.
Hər bir kitabda başlıq səhifəsi, 16-18 səhifə mətn və 15-17 rəngli illüstrasiya yerləşir. Kitablar 14 sm x 12.6 sm ölçüsündə və yumşaq üzlüdür. "Mr.Men və Kiçik Miss" seriyalarının hər iki kitabında fərqli tipoqrafik üslublar istifadə olunur, bu da kitabların özünəməxsus tərzini təmin edir.
Hekayələr "Misterland" adlı təsəvvür edilən bir aləmdə keçir. Burada "Mr.Men və Kiçik Miss" obrazları, həmçinin adi insan obrazları (mağaza sahibləri, həkimlər və poçtalyonlar) və müxtəlif heyvanlar yaşayır. "Walter the Worm" bu heyvanlardan ən çox rast gəlinənidir.Mr. Men and Little Miss is a French-produced cartoon series created by Marina Productions. It was in both British English (1995) and North American English (1997). İstinadlar
Xarici keçidlər Homepage web.archive.org
Kateqoriya:Nickelodeon orijinal proqramları Kateqoriya:Uydurma humanoidlər