Mariya Korina Maçado Pariska () — venesuelalı siyasətçi və sənaye mühəndisi, Venesuela müxalifətinin görkəmli lideri.
O, 2011–2014-cü illərdə Venesuela Milli Assambleyasının üzvü kimi fəaliyyət göstərib. 2025-ci ilin oktyabrında "Venesuela xalqı üçün demokratik hüquqların təşviqi sahəsində yorulmaz fəaliyyətinə və ədalətli demokratiyaya keçid üçün sülh yolu ilə həyata keçirdiyi mübarizəyə görə" Nobel sülh mükafatına layiq görülüb.
Maçado siyasətə 2002-ci ildə Súmate səslərin monitorinqi təşkilatının yaradıcısı kimi daxil olub. Vente Venezuela siyasi partiyasının Milli Koordinatorudur. 2012-ci ildə o, müxalifətin prezidentliyə ilkin namizədi idi, lakin Henrike Kaprilesə uduzdu. 2014-cü il Venesuela etirazları zamanı o, prezident Nikolas Maduro hökumətinə qarşı nümayişlər təşkil edən aparıcı fiqur olub.
2023-cü ildə Maçado müxalifətin ilkin seçkilərində qalib gəldi və 2024-cü ildə Venesuelada keçiriləcək prezident seçkilərində birlik namizədi olub. Bununla belə, o, 2023-cü ilin iyununda Venesuela Baş Müfəttişliyi tərəfindən dövlət vəzifəsində işləməkdən diskvalifikasiya edilmişdi, bu qərar 2024-cü ilin yanvarında Venesuela Ali Ədliyyə Məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. Nəticədə, o, namizəd kimi əvvəlcə Korina Yoris, daha sonra isə Edmundos Goriza ilə əvəz edilmişdir.
2024-cü ilin avqustunda Maçado Maduro hökuməti altında həyatı və azadlığı üçün qorxduğunu bildirərək gizləndiyini açıqlayıb.
Maçado fəallığına görə beynəlxalq səviyyədə tanınıb. O, 2018-ci ildə BBC-nin 100 qadınından biri seçilib və 2025-ci ildə Time jurnalının 100 ən nüfuzlu insanı arasında yer alıb.
İstinadlar
Kateqoriya:Nobel Sülh mükafatı laureatları Kateqoriya:Saxarov mükafatı laureatları Kateqoriya:Yaşayan insanlar Kateqoriya:1967-ci ildə doğulanlar Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:XX əsr mühəndisləri