Rasim Məmmədəli oğlu Əliyev () — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi — Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini.
Fəaliyyəti Rasim Əliyev 24 yanvar 2006-cı ildə Heydər Əliyev adına Hərbi Liseyin rəisi vəzifəsinə təyin edilib. Daha sonra uzun illər Müdafiə Nazirliyində Şəxsi Heyət Baş İdarəsinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi — Şəxsi Heyət Baş İdarəsinin rəis müavini vəzifələrində xidmət edib.
2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılmış, müharibədən sonra "Suqovuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları və 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdi.
Azərbaycan Prezidentinin sərəncamlarına əsasən 2015-ci ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, 2016-cı ildə "Vətən uğrunda" medalı ilə təltif edilib.
Müxtəlif illərdə 1-ci dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə", "Azərbaycan Silahlı Qüvvələri Veteranı", 1-ci, 2-ci və 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalları, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin 10, 90 və 95 illiyi yubiley medalları ilə təltif edilib.
25 aprel 2021-ci ildə vəzifəsindən azad edilib və yaşa görə ehtiyata buraxılıb.
11 oktyabr 2025-ci ildə vəfat edib.
İstinadlar
Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan generalları