– Sato və Suzuki soyadına malik şəxslər arasında keçirilmiş həvəskar beysbol oyunu. Sato və Suzuki soyadları Yaponiyada ən çox istifadə olunan iki soyaddır. Oyun "Sato Günü"ndən bir gün öncə – 9 mart 2025-ci ildə Yaponiyanın Toçiqi prefekturasının Sano şəhərində baş tutmuşdur.

Arxa plan Sato Yaponiyada ən çox istifadə olunan soyaddır. 2023-cü ilin sorğusuna görə Yaponiya əhalisinin 1,5 %-i – 1,86 milyon şəxs bu soyadı daşıyır. "Sato" soyadının Toçiqi prefekturasının Sano şəhərində yarandığı güman olunur. Şəhər özünü "Satoların müqəddəs torpağı" adlandırmışdır. Hər ilin 10 mart tarixində Sano şəhərində "Sato Günü" qeyd olunur. Həmin gündə Sato soyadına malik şəxslər şəhərdə endirim kampaniyalarından yararlana bilirlər.

Suzuki Yaponiyada ən çox istifadə olunan ikinci soyaddır. Yaponiya 1,77 milyon şəxs bu soyadı daşıyır. Soyadın Vakayama prefekturasının Kaynan şəhərində yarandığı güman olunur.

Hazırlıq Sano şəhərinin rəhbərliyi 2024-cü ilin dekabrında "Sato" və "Suzuki" soyadlarına malik hər komanda üçün 11 oyunçu axtardığını bildirmişdir. Onlar Yaponiyada ən çox istifadə olunan iki soyad daşıyıcıları arasında həvəskar beysbol oyunu planlaşdırmışlar. Şəhər bu tədbiri "soyad qüruru üçün final şousu" adlandırmışdır. İştirakçılar üçün müraciətlər 19 yanvar 2025-ci ilə qədər qəbul edilmişdir. Oyun üçün 90 oyunçu (Satolar üçün 47, Suzukilər üçün 43) müraciət etmiş, lakin hər komanda üçün 15 oyunçu seçilmişdir.

Oyun Oyun 9 mart 2025-ci ildə Sano şəhərində yerləşən Aqekke Sano Yakyuco beysbol parkında baş tutmuşdur. "Satolar" komandasının məşqçisi keçmiş peşəkar beysbolçu Takahiko Sato, "Suzukilər" komandasının məşqçisi keçmiş peşəkar beysbolçu İçiro Suzuki olmuşdur. Vakayama prefekturasının Kaynan şəhərindən 600-dən çox şəxs Suzukiləri dəstəkləməyə gəlmişdir. Oyun yeddi inninq davam etmiş və adi beysbol topu yerinə bərk rezin topdan istifadə olunmuşdur. "Satolar" rəqibə 4:2 hesabı ilə qalib gəlmişdir. Oyunun ən dəyərli oyunçusu Çiba prefekturasının Naqareyama şəhərinin yanğınsöndürəni olan Ryuci Sato seçilmişdir.

İstinadlar

Kateqoriya:Yaponiyada beysbol Kateqoriya:2025-ci ildə Yaponiya Kateqoriya:Sano