Pyrrhura perlata (Qırmızıqarınlı parakit) — Quşçuluqda "qırmızıqarınlı konur" adı ilə tanınan, "Psittacidae" fəsiləsinin, "Arinae" yarımfəsiləsinə aid bir quş növü. Boliviya və Braziliyada rast gəlinir.
Təsvir
"Pyrrhura perlata" 24-25 sm (9,4-9,8 düym) uzunluğunda və 76-91 qram (2,7-3,2 ons) çəkisindədir. Cinslər eyni görünüşə malikdir. Yetkin fərdlərin başı tünd boz-qəhvəyi rəngdədir və açıq boz-bəzəkli lələklərlə örtülüdür. Qulaq örtükləri tünd qəhvəyi-boz, yanaqların üst hissəsi qızılı-yaşıl, alt hissəsi isə firuzəyi-mavi rəngdədir. Boynunun arxa hissəsində dar mavi zolaq var. Üst hissələri yaşıl rəngdədir və mavi çalarlara malikdir. Boğazı, döşünün üst hissəsi və boynunun yan tərəfləri boz-mavi rəngdədir və pulcuq görünüşünə malikdir, bəzən lələklərin ucları çəhrayı rəngdə ola bilər. Qarın və yan tərəfləri parlaq qırmızı, alt yan tərəfləri və quyruqaltı hissəsi isə yaşıl-mavi rəngdədir. Qanadları əsasən yaşıl rəngdədir, qanad ucları qara və kobalt mavisi, alt qanad örtükləri isə qırmızıdır. Quyruğunun üst tərəfi qırmızı-qəhvəyi, alt tərəfi isə qara-qəhvəyi rəngdədir. Gözləri tünd qəhvəyi, dimdiyi qara, ayaqları isə qara-boz rəngdədir. Cavan fərdlər yetkinlərə bənzəyir, lakin qarın hissəsi əsasən yaşıl rəngdədir.Carter, E. (2020). Crimson-bellied Parakeet (Pyrrhura perlata), version 1.0. In Birds of the World (S. M. Billerman, B. K. Keeney, P. G. Rodewald, and T. S. Schulenberg, Editors). Cornell Lab of Ornithology, Ithaca, NY, USA. https://doi.org/10.2173/bow.crbpar1.01 retrieved March 6, 2023
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Tutuquşular Kateqoriya:Cənubi Amerika quşları Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:1824-cü ildə təsvir edilən heyvanlar