Cryptosylvicola randrianasoloi (Gizli pöhrə) — "Bernieridae" fəsiləsinə aid olan Madaqaskar pöhrəsi növü. Əvvəllər "Sylviidae" fəsiləsinə aid edilirdi. İlk dəfə 1992-ci ildə Madaqaskarda "Analamazaotra Xüsusi Qoruğu" yaxınlığında kəşf edilmişdir və adanın şərq hissəsindəki meşələrdə, "Anjanaharibe-Sud Xüsusi Qoruğu" ilə "Andohahela Milli Parkı" arasında endemikdir.

Təsvir

"Cryptosylvicola randrianasoloi" kiçik bir sərçə quşudur, beli zeytun-yaşıl, alt hissəsi isə boz-sarı rəngdədir. Zəif ifadə olunan üz xətti və göz zolağı var. Üst dimdiyi tünd, alt dimdiyi isə açıq çəhrayı rəngdədir. Yetkin fərdlər orta hesabla 11 sm uzunluğunda və 8,4 qram ağırlığındadır.

Yaşayış mühiti

"Cryptosylvicola randrianasoloi" bir çox mühitdə tapılsa da, əsasən 900-2,100 metr yüksəklikdə yerləşən həmişəyaşıl rütubətli meşələri üstün tutur. Ağacların və kolların yuxarı və orta qatlarında, yerdən 2-25 metr yüksəklikdə rast gəlinir. Qidası həşəratlardan ibarətdir. Çoxalma mövsümü oktyabrdan dekabra qədər davam edir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər