Antrostomus cubanensis (Kuba keçisağanı) — bəzən "Böyük Antil keçisağanı" da adlanan, "Caprimulgidae" fəsiləsinə aid bir keçisağan növü. Kubaya endemikdir.

Təsvir Kuba keçisağanının nominal yarımnövü "A. c. cubanensis" 25–29,5 sm uzunluğundadır. Erkəklərin çəkisi təxminən 76 q, dişilərin isə 70 q-dır. Üst hissələri tünd qəhvəyi olub, bozumsu bej, açıq bej və boz-qəhvəyi ləkələrlə örtülüdür. Quyruğu qəhvəyi olub, üç xarici cüt lələyin ucu ağ (erkək) və ya bej (dişi) rəngdədir. Ən daxili cüt lələklərdə boz-qəhvəyi zolaqlar var. Qanadları qəhvəyi olub, daha açıq rəngli nöqtə, zolaq və ləkələrlə örtülüdür. Üz hissəsi qonur, tünd qəhvəyi ləkələrlə, çənə və boğaz tünd qəhvəyi, darçın rəngli ləkələrlə, döş hissəsi tünd qəhvəyi, böyük və kiçik bej-ağ ləkələrlə, qarın və yanlar isə tünd qəhvəyi, boz ləkələrlə örtülüdür. "A. c. insulaepinorum" yarımnövü daha kiçik, daha tünd rəngli və daha qısa quyruğa malikdir.Weber, D. (2020). Greater Antillean Nightjar (Antrostomus cubanensis), version 1.0. In Birds of the World (T. S. Schulenberg, Editor). Cornell Lab of Ornithology, Ithaca, NY, USA. https://doi.org/10.2173/bow.granig1.01 retrieved October 15, 2021

Həmçinin bax Antrostomus carolinensis

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:1860-cı ildə təsvir edilən quşlar