Bu siyahıda 1992-ci ildən etibarən keçirilən Azərbaycan Premyer Liqasında ən çox qol vurulan oyunların və ən böyükhesablı qələbələrin siyahısı verilmişdir. 1996/97 mövsümündə "Kəpəz"in "Şəmkir"i 14–2 hesabı ilə məğlub etdiyi oyun Azərbaycan Premyer Liqasında ən çox qol vurulan və ən böyükhesablı qələbənin qeydə alındığı oyundur. Bundan əlavə, çempionat tarixində cəmi 2 oyunda 12 qol və 7 oyunda 10 qol qeydə alınmışdır. "Neftçi" həm ən böyük quru hesabla, həm də səfərdə ən böyük hesabla qalib gələn komandadır. Komanda 1998/99 mövsümündə Qusarı təmsil edən "Şahdağ" klubunu 11–0 hesabı ilə, 1994/95 mövsümündə səfərdə Sumqayıtı təmsil edən "Xəzər" klubunu 10–0 hesabı ilə məğlub etmişdir. "Kəpəz", "Neftçi" və "Turan" 10 və ya daha artıq top fərqi ilə qalib gələn yeganə klublardır.

Ən çox qol vurulan oyunlar Qol sayı Tarix Ev komandası Hesab Səfər komandasıQollarİst.16 Kəpəz 14–2 Şəmkir "Kəpəz"in qollarının yarısını Rövşən Əhmədov vurmuşdur. 12 Kəpəz 11–1 Şahdağ Qusar Fazil Pərvərov 5', 7', 17', Vidadi Rzayev 8', 19', 47', Xaliq Mərdanov 31', Mahmud Qurbanov 36', 70', İmamyar Süleymanov 50', 56' – Bədirxan Bədirxanov 82' 12 Pambıqçı Neftçala 2–10 Kəpəz 11 Neftçi 11–0 Şahdağ Qusar 11 Şəmkir 10–1 Şahdağ Quba Mahmud Qurbanov 6', 17', İsmayıl Məmmədov 30', Mətləb Məmmədov 52', 56', 89', İmamyar Süleymanov 54', Aqil Məmmədov 64', Xaliq Mərdanov 70', Badri Kvaratsxeliya 76' – Abdulla Orucov 78' 11 Kəpəz 10–1 Pambıqçı Neftçala 11 Kəpəz 10–1 Xəzər Sumqayıt 11 Şəmkir 9–2 Viləş 11 Avtomobilçi Yevlax 3–8 Xəzər Lənkəran 11 Kimyaçı Sumqayıt 8–3 Şahdağ Qusar 10 Turan 10–0 Kürmük Qax 10 Xəzər Sumqayıt 0–10 Neftçi 10 Şəmkir 8–2 Pambıqçı Neftçala 10 Bakılı 8–2 Xəzər Sumqayıt 10 Xəzri Buzovna 2–8 Neftçi

Qeydlər

İstinadlar

Kateqoriya:Azərbaycan Premyer Liqası