Təhlükəsizlik tədqiqatları və ya beynəlxalq təhlükəsizlik tədqiqatları — beynəlxalq münasibətlər elminin alt sahələrindən biri olub, təşkilatlanmış zorakılıq, hərbi münaqişələr, milli təhlükəsizliyi və beynəlxalq təhlükəsizlik məsələlərini öyrənir.Williams, Paul (2012) Security Studies: An Introduction, Abingdon: Routledge

Bu sahə, beynəlxalq münasibətlər kimi, adətən tələbələri beyin mərkəzlərində, konsaltinq şirkətlərində, müdafiə sənayesi müəssisələrində, insan hüquqları üzrə qeyri-hökumət təşkilatlarında (QHT), eləcə də dövlət qulluğunda — diplomatiya, xarici siyasət, münaqişələrin həlli və qarşısının alınması, fövqəladə hallar və fəlakətlərin idarə olunması, kəşfiyyat və müdafiə kimi istiqamətlərdə fəaliyyətə hazırlamaq məqsədi daşıyır.

Eyni zamanda, təhlükəsizlik tədqiqatları akademik tədqiqat aparmaq istəyən tələbələr üçün də nəzərdə tutulur və onları bu sahədə alim, ictimai intellektual, analitik və ya təhlükəsizlik siyasəti üzrə jurnalist kimi fəaliyyət göstərməyə yönəldə bilər.

Tarix

Müasir təhlükəsizlik tədqiqatları sahəsinin mənşəyi Birinci və İkinci Dünya müharibələri arasındakı dövrə aid edilir. Bu sahənin elmi əsaslarının formalaşması Kuinsi Raytın () 1942-ci ildə nəşr olunmuş "Müharibə tədqiqatı" () əsəri ilə əlaqələndirilir. Sözügedən kitab 1926-cı ildən başlayan genişmiqyaslı kollektiv elmi layihənin yekunu idi.

Layihədə Uilyam T. R. Foks (), Bernard Brodi (), Harold Lassuell (), Yuqen Steyli (), Ceykob Vayner () və Vernon Van Dayk () kimi tədqiqatçılar iştirak etmişdirlər.

1940-cı illərdə Kolumbiya Universiteti, Prinston, Şimali Karolina Universiteti, Northwestern, Yel Universiteti və Pensilvaniya Universiteti kimi ali təhsil müəssisələrində təhlükəsizlik tədqiqatları üzrə kurslar tədris olunmağa başlanmışdır. RAND Korporasiyası kimi beyin mərkəzləri də İkinci Dünya müharibəsindən sonrakı dövrdə ABŞ-də təhlükəsizlik tədqiqatlarının formalaşmasında mühüm rol oynamışdır.

Bu sahə Soyuq müharibə dövründə beynəlxalq münasibətlər elmi çərçivəsində sürətlə inkişaf etmiş, həmin dövrdə Tomas Şellinq () və Henri Kissincer () kimi realist siyasi alimlər nüvə çəkindirmə () məsələlərinə diqqət yönəltmişdirlər.

Sonrakı illərdə bir sıra alimlər təhlükəsizlik tədqiqatlarının iqtisadi təhlükəsizlik, ətraf mühit təhlükəsizliyi və ictimai səhiyyə kimi mövzuları da əhatə etməsi zərurətini irəli sürmüşlər. Lakin Stiven Volt () bu genişləndirməyə qarşı çıxaraq, belə bir addımın sahənin elmi bütövlüyünü zəiflədə biləcəyini bildirmişdir.

Ənənəvi olaraq təhlükəsizlik tədqiqatları siyasi elmlər və ictimai siyasət proqramlarının tərkib hissəsi olsa da, müasir dövrdə bu sahə getdikcə daha çox fənlərarası yanaşma ilə inkişaf etdirilir. Bu yanaşma tarix, coğrafiya (xüsusilə klassik geosiyasət), hərbi elmlər və kriminologiya kimi sahələrdən bilikləri özündə birləşdirir.

Təhlükəsizlik tədqiqatları həmçinin strateji tədqiqatlar və hərbi elmlər sahələri ilə sıx bağlıdır; bu istiqamətlər üzrə aparılan tədqiqatlar çox vaxt təhlükəsizlik tədqiqatlarına həsr olunmuş elmi jurnallarda dərc olunur.

İstinadlar

Ədəbiyyat siyahısı

Williams, Paul (2008). Security Studies: An Introduction. Abingdon: Routledge. . Rossi, Norma; Riemann, Malte, eds. (2024). Security Studies: An Applied Introduction. London: SAGE. .

Kateqoriya:Təhlükəsizlik tədqiqatları Kateqoriya:Beynəlxalq münasibətlər Kateqoriya:Beynəlxalq təhlükəsizlik