Səhnun ibn Səid () və ya Əbu Səid Səhnun Əbdüssalam ibn Səid ibn Həbib ət-Tənuxi (; ) — Maliki məzhəbinin Şimali Afrikaya yayılmasında mühüm təsiri olmuş fəqih.

Bioqrafiyası Əslən ərəb olan Hümslu bir ailəyə mənsubdur. Səhnun onun ləqəbidir və o, bu ləqəblə məşhurlaşmışdır. O, İbn Ziyad əl-Əbsi, İbnül-Qasım və Süfyan ibn Uyeynə kimi alimlərə tələbəlik etmişdir. İbn Əbdüs əl-Qeyrəvani, Yəhya ibn Ömər əl-Kinani və İbn Səhnun (oğlu) onun ən qabaqcıl tələbələrindən bəzilərdir.

Əsərləri Əl-Müdəvvənətül-kübra. "Əl-Əsədiyyə" əsəri ilə bağlı apardığı tədqiqatlar nəticəsində ərsəyə gəlmiş əsər. Nəvazilu Səhnun. Bu əsər Səhnunun əsəri olmayıb, onun verdiyi cavablar əsasında, Utbi tərəfindən bir yerə cəmlənmiş fətvaların məcmuəsidir.

Mənbələrdə ona "Kitabüz-Zöhd" və "Mənasikül-Hac" adlı iki əsər də nisbət edilmişdir. Bunlardan ikinci əsər, müəllimi Əşhəbin "Kitabül-Hac" adlı əsərinin ixtisarı olduğu güman edilir. Brokkelmanın Səhnuna nisbət etdiyi "Kitabül-Əcvibə və Ədəbül-müəllimin" adlı əsər isə İbn Səhnuna (oğlu) məxsusdur.

İstinadlar

Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Müsəlman teoloqlar Kateqoriya:VIII əsr ərəbləri Kateqoriya:IX əsr ərəbləri