Rusiya Silahlı Qüvvələrinin Baş kafedralı və ya Məsihin Zühr etməsi kafedralı () — Məsihin Zühr etməsi şərəfinə və "Böyük Vətən müharibəsində qələbənin 75-ci ildönümünə, eləcə də bütün müharibələrdə rus xalqının hərbi şücaətlərinə həsr olunmuş" Rus Pravoslav kilsəsinin kafedralı. Moskva vilayətinin Odintsovski rayonundakı Patriot Parkında inşa edilmişdir.
Kafedral Moskva şəhər hökuməti və Moskva vilayətindən gələn ianələr və büdcə vəsaitləri ilə inşa edilmişdir. Rusiyada Böyük Vətən müharibəsi kimi tanınan İkinci Dünya müharibəsinin Şərq cəbhəsində Sovet Ordusunun qələbəsinin 75-ci ildönümünün qeyd edilməsi çərçivəsində təqdis edilmişdir.
Tarixi Rusiya Silahlı Qüvvələrinin Baş kafedralı monumental rus üslubunda, müasir memarlıq yanaşmalarını və Pravoslav kilsəsi yaradıcılığına xas yenilikləri üzvi şəkildə birləşdirərək layihələndirilmişdir. Binanın fasadları metal ilə işlənmiş, tağlar şüşələnmişdir. Divarları müxtəlif rəsmlərlə bəzədilmiş kilsənin divarları, Rus hərbi tarixindən döyüş səhnələrini və İncil ayələrini əks etdirir. Aşağı (kiçik) kilsənin bəzəyi keramika ilə hazırlanmışdır və mozaika panellərinin istehsalında istifadə edilən şüşə smalt parçaları ilə Gzhel rəssamlığı ilə bəzədilmişdir. Məsihin Zühr etməsinə həsr olunmuş mərkəzi pano metal relyefdir.
Kafedralın tağındakı vitraj mozaikaları, onların sinfini göstərən müvafiq lentləri ilə müşayiət olunan müxtəlif Qızıl Ordu ordenlərini əks etdirir. Bu ordenlərin bir çoxu Rus tarixinə əhəmiyyətli töhfə vermiş Rusiya İmperator Ordusunun görkəmli hərbi liderlərinin üzlərini əks etdirir.
Kİlsədə bəzi ölçülər simvolikdir. Kilsənin xaçla birlikdə hündürlüyü 95 metrdir. Əsas günbəzin dairəsinin diametri 19,45 metrdir və bu, Böyük Vətən müharibəsinin bitdiyi ili – 1945-ci ili simvollaşdırır. Zəng qülləsinin hündürlüyü 75 metrdir və bu, İkinci Dünya müharibəsinin bitməsindən 2020-ci ilə qədər keçən 75 ili əks etdirir. Kiçik günbəzin hündürlüyü 14,18 metrdir – Nasist Almaniyası ilə SSRİ arasında açıq münaqişə 1418 gün və gecə davam etdi. Kilsə kompleksinin sahəsi 11.000 m2-dir. Kilsənin daxili hissəsinin tutumu 6000 nəfərə qədərdir.
Qalereya
İstinadlar
Xarici keçidlər
Сайт Проекта Министерства обороны России "Дорога памяти" "Дорога памяти" сайт Министерства обороны России
Kateqoriya:Rusiya Silahlı Qüvvələri