Müqəddəs Məryəm Ana kilsəsi () — Bristol şəhərində yerləşən Anqlikan kilsəsi. Tarixi Bu ərazidə bir kilsənin ilk dəfə qeydə alınması 1158-ci ilə aiddir, hazırkı bina isə 1185-ci ildən 1872-ci ilə qədər olan dövrdə inşa edilmişdir. Kilsə ölkənin ən gözəl və ən böyük məhəllə kilsələrindən biri, həmçinin İngilis Qotika memarlığının əla nümunəsi hesab olunur. Kilsə o qədər böyükdür ki, bəzən turistlər tərəfindən Bristol Kafedralı ilə qarışdırılır. Bina "Historic England" tərəfindən I dərəcəli qorunan abidə statusuna malikdir, bu, ən yüksək kateqoriyadır. Kilsə çoxsaylı böyük şüşə pəncərələri, dekorativ daş tağları, dayaqları, nadir altıbucaqlı eyvanı və kütləvi Qotika qülləsi ilə məşhurdur. 84 metr hündürlüyü ilə Müqəddəs Məryəm Ana kilsəsi Bristolun ikinci ən hündür strukturu və ölkənin altıncı ən hündür məhəllə kilsəsidir. Kilsə qülləsi Bristolun əsas simvollarından biridir və şəhərin hər yerindən görünür. 2020-ci ildə "Castle Park View" binasının tikintisi başa çatana qədər, bu, Bristolda tikilmiş ən hündür bina idi.

1912-ci ildə "Harrison and Harrison" tərəfindən hazırlanmış və hazırda yüksək qiymətləndirilən orqan kilsəyə quraşdırıldı və əvvəlki bir neçə orqanı əvəz etdi. 1939–1941-ci illər arasında Corc Oatli tərəfindən şimal eyvanının altında yeni Qotiak üslubunda bir zirzəmi tikildi, əvvəlcə bu, xəzinə kimi istifadə edilmək üçün nəzərdə tutulmuşdu.

İkinci Dünya müharibəsi zamanı kilsə, ölçüsünə və hündürlüyünə baxmayaraq, Lüftvaffe üçün asan hədəf olsa da, Bristolun bir çox kilsəsindən fərqli olaraq, əsasən dağıntılardan qurtuldu. Bununla belə, gecələr kilsənin damında növbəçi komanda yanğınsöndürən bombaları söndürmək üçün yerləşdirilmişdi. Kilsənin zəngləri və digər qiymətli əşyaları 1941–1944-cü illər arasında qum çuvalı altında qorunmaq üçün saxlanıldı. Qalereya

İstinadlar

Xarici keçidlər

Official website

Kateqoriya:İngiltərə kilsəsi kilsələri