Çılpaq boyun — Toyuqkimilər fəsiləsinə aid toyuq növü. Çılpaq boyun boynunda və dəliyində təbii olaraq lələk olmayan toyuq cinsidir. Cins həmçinin Transilvaniya Çılpaq boyunu və Türken adlanır. "Türken" adı quşun toyuq və ev hinduşkasının hibridi olduğu səhv fikrindən irəli gəlmişdir. Çılpaq boyunlar bu gün Avropada kifayət qədər yaygındır, lakin Şimali Amerikada nadir və Cənubi Amerikada çox yaygındır. Çılpaq boyun xüsusiyyəti bir gen tərəfindən idarə olunan dominant bir xüsusiyyətdir və digər cinslərə daxil edilməsi olduqca asandır. Lakin bunlar əsl Çılpaq boyunlar deyil, hibridlərdir. Bu cins Amerika Quşçuluq Assosiasiyaası tərəfindən 1965-ci ildən tanınıb. Çılpaq boyunlu toyuqların digər cinsləri də var, məsələn, tez-tez Transilvaniya ilə qarışdırılan Fransız Çılpaq boyun və çılpaq boyunlu döyüş quşu. Ümumi məlumat 250px|thumb|left|İtaliyada çəkilmiş Çılpaq boyun Çılpaq boyun növünün boyun və qarın hissəsində təbii lələkləri olmayan toyuq cinsidir. Çılpaq boyun toyuğunun mənşəyi dəqiq məlum deyil. Ümumi bir nəzəriyyəyə görə, bu cins Asiyada yaranmışdır, burada bəzi ölkələrdə uzun müddət döyüş quşu kimi yetişdirilmişdir.Turken Oklahoma State University Breeds of Live Stock Həmçinin bu cins qədim Yaponiya rəsmlərində də təsvir edilmişdir. Daha sonra bu cins Transilvaniyaya gətirilmişdir. Burada onun yetişdirilməsi XIX əsrin sonlarında sənədləşdirilmişdir. Daha sonra bu cins Almaniyaya aparılmış, orada təkmilləşdirilərək Avropanın və Amerikanın digər bölgələrinə yayılmışdır.

Çılpaq boyun cinsinin çox qeyri-adi görünüşünə baxmayaraq, bu cins əsasən sərgi quşu kimi tanınmır və həm yumurta, həm dət ət istehsalı üçün istifadə olunan iki məqsədli cinsdir. Onlar kifayət qədər açıq qəhvəyi yumurta qoyur və ət istehsalı üçün arzuolunan hesab olunur, çünki onları dərişmək daha asandır və ətli bədən quruluşuna malikdirlər. Onlar çox yaxşı yem axtaran quşlardır və əksər xəstəliklərə qarşı immunitetə malikdirlər. Bu cins lələklərinin az olmasına baxmayaraq, soyuğa da davamlıdır. Çılpaq boyun xoruzları tək ibik daşıyır və boyun və baş hissələri günəşə daha çox məruz qaldığı üçün tez-tez parlaq qırmızı rəng alır. Bu cins digər toyuqlara nisbətən təxminən yarısı qədər lələyə malikdir, bu da onları isti iqlimə davamlı və dərişmək üçün daha asan edir.

İstinadlar

Xarici keçidlər

Голошейная порода кур на сайте Всероссийского общества любителей птицеводства. Куры редких пород // kuraaltai.ru

Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Toyuq cinsləri Kateqoriya:Əhliləşdirilmiş heyvanlar