Ser Piter Markhem Skott (, 14 sentyabr 1909 – 29 avqust 1989) — Britaniyalı ornitoloq, eko aktivist, rəssam, dəniz zabiti, teleradio aparıcısı və idmançı idi. Antarktida tədqiqatçısı Robert Falkon Skottun yeganə övladı olan o, gənc yaşlarında vəhşi quşları müşahidə etmək və vurmaqla maraqlanmış və daha sonra onların yetişdirilməsi ilə məşğul olmuşdur.

O, 1946-cı ildə Slimbricdə Vəhşi Quşlar və Bataqlıqlar Trestini yaratmış və loqosunu hazırladığı Ümumdünya Təbiəti Mühafizə Fondunun yaradılmasına kömək etmişdir. O, erkən yaşlarından yaxta sürməyi sevən biri idi və orta yaşlarında planer sürməyə başlamışdır. O, 1936-cı il Yay Olimpiya Oyunlarında Böyük Britaniya komandasının üzvü olmuş və tək nəfərlik qayıqda yelkənli qayıqda bürünc medal qazanmışdır. O, vəhşi heyvanların qorunmasındakı işlərinə görə 1973-cü ildə cəngavər tituluna layiq görülmüş və həmçinin WWF Qızıl Medalı və J. Paul Getty Vəhşi Təbiəti Mühafizə Mükafatı laureatı olmuşdur.

İstinadlar

Xarici keçidlər

Article illustrated with his paintings Biography

Kateqoriya:14 sentyabrda doğulanlar Kateqoriya:1909-cu ildə doğulanlar Kateqoriya:Londonda doğulanlar Kateqoriya:29 avqustda vəfat edənlər Kateqoriya:1989-cu ildə vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:XX əsr İngiltərə yazıçıları Kateqoriya:Britaniya zooloqları Kateqoriya:Britaniya ornitoloqları Kateqoriya:Cəngavər bakalavrları Kateqoriya:Triniti Kollecinin məzunları (Kembric) Kateqoriya:Kembric Universitetinin məzunları Kateqoriya:"Britaniya imperiyası" ordeni komandorları Kateqoriya:Beynəlxalq idman təşkilatlarının prezidentləri Kateqoriya:Birləşmiş Krallıq Mühafizəkarlar Partiyası siyasətçiləri