Robert Enke (doğum 24 avqust 1977, Yena, Almaniya — ölüm 10 noyabr 2009, Noyştad-am-Rübenberq, Almaniya) — Alman qapıçı. Enke peşəkar futbolçu karyerasına "Karl Tseys Yena" klubunda başlayıb. O, daha sonra isə "Borussiya Münhenqladbax", "Benfika", "Barselona", "Fənərbaxça", "Tenerife", "Hannover 96" klublarında çıxış edib. 2007-ci ildə Almaniya yığmasında debüt edib. 10 noyabr 2009-cu ildə özünü qatarın altına ataraq intihar edib.
Həyatı Robert Enke 1977-ci ilin avqustun 24-də Yenada anadan olub. Robertin atası psixoloq və atlet idi. Anası isə həndbolçu idi. Uşaqlıq illərində musiqi sevməsinə baxmayaraq, mütəmadi yerli stadiona baş çəkərdi. Sonra isə valideynləri onu yerli idman gimnaziyasına yolladılar.Qapıçı intiharı və ya itirilmiş təbəssüm Ekspress qəzeti. Yoxlanılıb 11 noyabr 2009
Enke həyatının ən ağır günlərini 2006-cı ildə yaşayıb. 2006-cı ilin sentyabrın 17-də iki yaşlı qızı Lara ürək çatışmazlığından dünyasını dəyişib. 2009-cu ilin may ayında isə o, həyat yoldaşı Tereza ilə birlikdə 2 aylıq qız uşağını övladlığa götürüb.
Karyerası
Klub karyerası Robert Enke futbola "Yena Farm"da başlayıb. Sonradan isə 18 yaşında olarkən "Karl Tseys Yena"ya keçib. Burada bir il çıxış etdikdən sonra qapıçı 1996-cı ildə "Borussiya Münhenqladbax" ilə müqavilə bağlayıb. Əvvəlcə o, yeniyetmələrdən ibarət komandanın formasını geyib. Enke tezliklə Bundesliqada çıxış etmək şansı da qazanıb.
Lakin 1999-cu ildə Portuqaliyanın "Benfika" klubundan sərfəli təklif alan qapıçının legioner karyerası başlanıb. O, 3 ilədək Sportinqin şərəfini qoruyub, 77 oyunda çıxış edib. 2002-ci ildə Enke "Barselona"ya keçsə də, uğursuzluğa düçar olub. Frank Raykaard 2003-cü ildə "Barselona"ya baş məşqçi təyin olunduqdan sonra o, Türkiyənin "Fənərbaxça" komandasına icarəyə verilib. Lakin alman qapıçı burada cəmi 1 oyunda forma geyə bilib.
2003-cü ilin 31 iyulunda "Fənərbaxça" ilə müqavilə bağlayan Enke avqustun 10-da komandasının "İstanbulspor"a qarşı keçirdiyi mövsümün ilk matçında kobud səhvləri üzündən 3 qol buraxıb. Bundan sonra o, azarkeşlərin sərt təpkiləri ilə üzləşib. Tənqidlərə dözə bilməyən qolkiperin müqaviləsi qarşılıqlı razılıq əsasında pozulub. Enkenin Fənərbaxça karyerası cəmi 13 gün çəkib.Robert Enke öldü 23 oktyabr 2010, hurriyet.com.tr Daha sonra Enke İspaniyanın Tenerife klubuna icarəyə verilib. Burada da o, cəmi 9 oyuna çıxıb.
Beləliklə, qapıçı üzləşdiyi uğursuzluqlardan çıxış yolunu vətəninə qayıtmaqda görüb. Enke 2004-cü ildə "Hannover 96" ilə müqavilə bağlayıb. Sonuncu oyunu 2:2 hesabı ilə başa çatan "Hamburq"la qarşılaşmaya təsadüf edib. Hannover 96 klubu 2009-cu ildə intihar edən qapıçının geyindiyi 1 nömrəli formanı əbədiləşdirib. Bundan sonra Hannover təmsilçisinin heyətində keç kim həmin nömrəni daşımayacaq.
Milli komanda karyerası O, 1997–1999-cu illərdə 15 dəfə Almaniyanın 21 yaşadək futbolçulardan ibarət komandasına dəvət alıb. Robert Enke Almaniyanın gənclərdən ibarət yığma komandasının əsas qapıçısı idi. Qolkiper 2007-ci ildə Almaniya milli komandasına cəlb olunub və ilk oyununu mart ayında Danimarka millisinə qarşı keçirib. Robert Enke UEFA Avropa Kuboku 2008-də Almaniya millisinin heyətinə cəlb olunub.AÇ-2008-də meydana çıxacaq millilərin tam heyətləri Fanat.az. Yoxlanılıb: 6 iyun 2008 O, Almaniya milli komandasının 8 oyunda formasını geyinib. Enke millidə sonuncu oyununu 2009-cu il avqustun 12-də Bakıda Azərbaycan millisinə qarşı keçirib və bu oyunda komandası 2–0 hesabı ilə qələbə qazanıb. Robert Enke 9 sentyabr 2009-cu ildə Azərbaycanla ev oyununda, 10 və 14 oktyabrda Rusiya və Finlandiya komandaları ilə oyunda da heyətdə olmalı idi. Xəstələndiyi, sağlıq durumunda problem olduğu üçün heyətdən kənarda qalmışdı. Robert Enkenin FİFA Dünya Kuboku 2010-da Almaniya yığmasının heyətində iştirakı gözlənilirdi.
Statistika + Klub Mövsüm Çempionatlar Kuboklar Avrupa Kubokları Cəmi Oyun Qol Oyun Qol Oyun Qol Oyun QolYena Farm1995–9630----|3|0Borussiya Münhenqladbax1996–97------|-|-1997–98------|-|-1998–9932040--|36|0Benfika1999–00260--60|32|02000–012601020|29|02001–0225030--|28|0Barselona2002–03101020|4|0Fənərbaxça |rowspan="2" align="center"|2003–04 |align="center"|1 |align="center"|0 |align="center"|- |align="center"|- |align="center"|- |align="center"|- !|1!|0|- |align=center valign=center| Tenerife |align="center"|9 |align="center"|0 |align="center"|- |align="center"|- |align="center"|- |align="center"|- !|9!|0|- |rowspan="6" align=center valign=center|Hannover 96|align="center"|2004–05 |align="center"|34 |align="center"|0 |align="center"|4 |align="center"|0 |align="center"|- |align="center"|- !|38!|0|- |align="center"|2005–06 |align="center"|32 |align="center"|0 |align="center"|3 |align="center"|0 |align="center"|- |align="center"|- !|35!|0|- |align="center"|2006–07 |align="center"|34 |align="center"|0 |align="center"|4 |align="center"|0 |align="center"|- |align="center"|- !|38!|0|- |align="center"|2007–08 |align="center"|34 |align="center"|0 |align="center"|2 |align="center"|0 |align="center"|- |align="center"|- !|36!|0|- |align="center"|2008–09 |align="center"|24 |align="center"|0 |align="center"|2 |align="center"|0 |align="center"|- |align="center"|- !|26!|0|- |align="center"|2009–10 |align="center"|6 |align="center"|0 |align="center"|1 |align="center"|0 |align="center"|- |align="center"|- !|7!|0''' Cəmi 287 0 25 0 10 0 322 0
Ölüm
Ölümə aparan yol Son dövrlər Enkenin işləri heç də yaxşı getmirdi. Azərbaycan yığmasıyla oyundan sonra yenidən yığmaya çağırılsa da, Hannoverdə keçirilən Almaniya – Azərbaycan matçından bir neçə gün öncə baş məşqçi Yoahim Lövə müraciət edərək heyətdən çıxarılmasını istəmişdi. O, buna səbəb kimi xəstələndiyini göstərmişdi.Almaniya millimizlə oyuna əsas qapıçısız çıxacaq Qol.az. Yoxlanılıb: 8 sentyabr 2009
O, dünən səhər saatlarında Hannover 96-nın düşərgəsinə yollanıb. Bu zaman klubun qapıçılarla işləyən məşqçisi Yorq Siverslə görüşərək, səhhətinin yenidən pisləşdiyini bildirir. Günortadan sonra isə klubun bazasını icazəsiz tərk edərək, məşqə qatılmır. Bu zaman klub rəhbərliyi telefon vasitəsilə onu tapmağa çalışsa da, bütün cəhdlər nəticəsiz qalır. Həyat yoldaşı Tereza isə ərinin yoxa çıxmasından xəbər tutan kimi polisə məlumat verir. Lakin artıq gec olur.
thumb|180px
10 noyabr 2009-cu ildə Robert idarə etdiyi qara Mersedeslə yaşadığı evin 3–4 kilometrliyindən keçən dəmir yol xəttinə tərəf yollanıb. Maşını dalanların birində saxlayıb. Avtomobildən düşərək qapıları kilidləyib və dəmir yol xəttinə tərəf bir neçə dəqiqə piyada gedib. Futbolçu özünü qatarın altına atacağını dəqiqləşdirmişdi. Budur, irəlidən gələn qatar görünməyə başlayır. Bremendən Hannoverə gedən qatarın sürəti 160 km/saatdır. Almaniya vaxtı ilə saat 18:17-də Enke özünü qatarın altına ataraq, həyatla vidalaşır.
Enkenin qəfil intiharı dünyanın hər yerində, o cümlədən vətəni Almaniyada da böyük üzüntüyə səbəb olub. Robertin dostları, həmkarları, futbol adamları, menecerlər onun dünyasının dəyişməsindən dərin sarsıntı keçiriblər. Hadisə baş verən andan insanlar küçələrə çıxaraq onun xatirəsini yad edir. Futbolçunun şərəfini qoruduğu Hannover 96 klubunun ofisinin qarşısına minlərlə insan yığılaraq şamlar yandırıblar və gül dəstələri qoyublar.
Dəfn mərasimi Robert Enkenin dəfn mərasimi 15 noyabrda keçirildi. Vida mərasimi Hannover 96-nın ev oyunlarını keçirdiyi AWD Arenada təşkil olundu. Mərasimə Almaniya Futbol Federasiyasının prezidenti Teo Jvanziger və Almaniya yığmasının bütün üzvləri, həmçinin baş məşqçi Yoahim Löv qatılıb.
thumb|left|150px
40 mindən artıq insanın qatıldığı vida mərasimində futbolçu anılıb, onun həyat yoluna nəzər yetirilib. Daha sonra isə Enke 2006-cı ildə ürək çatışmazlığından vəfat edən 2 yaşlı qızının yanında dəfn olunub.
Məktub Robert intihar edəcəyi ilə bağlı qərarı əvvəlcədən veribmiş. Hər halda, onun əvvəlcədən yazıb qoyduğu məktub bunu deməyə əsas verir. İstintaq nümayəndələri məktubun haradan tapıldığı barədə mətbuata heç bir məlumat verməyib. Lakin o bildirilib ki, bütün dəlillər hadisənin süi-qəsd olduğuna işarə verir.
Robert Enkenin ölümündən öncə yazdığı məktubun məzmunu açıqlanıb. Mərhum qapıçı məktubunda ailəsindən və həkimlərdən öz psixoloji durumu ilə onları həyəcanlandırdığı üçün üzr istəyib. Enke yaxınlarının onun intihar edəcəyindən şübhələnməmələri üçün vəziyyətinin yaxşılaşdığı haqda bilərəkdən görüntü yaradıb.Robert Enkenin vida mərasimi keçirilib Kəpəz TV. Yoxlanılıb 12 noyabr 2009
Açıqlamalar Almaniya mətbuatı xanım Terezanın açıqlamalarından sonra Robertin şəxsi həkimi Valentin Markserin də sözlərini ümumiləşdirib:
Futbolçunun xanımı da eyni məqama toxunur, Tereza Enke belə açıqlama vermişdi:
Fənərbağçada Enkeylə "İstanbulspor" qarşılaşmasında oynayan Əli Günəş klubun rəsmi saytına açıqlamasında bildirib:
"Fənərbağça"nın baş məşqçisi Kristof Daum maraqlı bir açıqlama verib:
Robert Enke Fondu
Almaniya Futbol Federasiyası, Bundesliqa və Hannover 96 klubu özünü qatarın altına ataran intihar edən Robert Enkenin adını əbədiləşdirmək qərarına gəlib. Beləliklə 2009-cu ilin dekabr ayında qolkiperin adını daşıyan fond yaradılıb.
Qalereya
İstinadlar
Xarici keçidlər
Rəsmi saytı Karyera statistikası Sonderseite – Robert Enke: Alles zum tragischen Tod von Robert Enke Text, Audio, Video of Theo Zwanziger's Eulogy for Robert Enke
Kateqoriya:Almaniya futbolçuları Kateqoriya:Almaniyada doğulanlar Kateqoriya:Almaniyada vəfat edənlər Kateqoriya:İntihar edən şəxslər Kateqoriya:Barselona FK futbolçuları Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:Almaniyanın kişi futbolçuları Kateqoriya:Qatar ilə intihar edənlər Kateqoriya:Fənərbaxça PFK futbolçuları Kateqoriya:Legioner Almaniya futbolçuları Kateqoriya:Portuqaliya Premiera Liqası futbolçuları Kateqoriya:UEFA Avro 2008 futbolçuları Kateqoriya:2. Bundesliqa futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Hannover 96 FK futbolçuları Kateqoriya:Orussiya Münhenqladbax FK futbolçuları Kateqoriya:Almaniya milli futbol komandasının oyunçuları Kateqoriya:Almaniya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Benfika FK futbolçuları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:Portuqaliyada legioner futbolçular Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:Kişi futbol qapıçıları Kateqoriya:Portuqaliyadakı əcnəbi kişi futbolçular Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular