Ceyms Frank ( [ˈdʒɛɪ̯ms ˈfʁaŋk]; ) — alman-amerikan atom fizikidir. 1925-ci ildə "elektronun atom üzərində təsirini tənzimləyən qanunları kəşf etdiyinə görə" Qustav Herts ilə birlikdə Fizika üzrə "Nobel" mükafatına layiq görülmüşdür.
Frank doktorluq dərəcəsini 1906-cı ildə, 1911-ci ildə isə Berlindəki Frederik Vilyam Universitetində alimlik dərəcəsini almış və 1918-ci ilə qədər mühazirə oxumuş və dərs demiş, fövqəladə professor vəzifəsinə çatmışdır. Birinci Dünya müharibəsi zamanı Alman Ordusunda könüllü kimi xidmət etmişdir. 1917-ci ildə qaz hücumunda ağır yaralanmış və 1-ci dərəcəli "Dəmir xaç" ordeni ilə təltif edilmişdir.
Frank Fiziki Kimya üzrə Kaiser Vilhelm Gesellschaft-ın fizika bölməsinin rəhbəri olmuşdur. 1920-ci ildə Frank, Göttingen Universitetində Eksperimental Fizika üzrə adi professor və İkinci Eksperimental Fizika İnstitutunun direktoru oldu. Orada olarkən Nəzəri Fizika İnstitutunun direktoru olan Maks Born ilə birlikdə kvant fizikası üzərində işlədi. Onun işlərinə atomun Bor modelinin mühüm təsdiqi olan Frank-Herts təcrübəsi də daxil idi. O, fizika sahəsində qadınların, xüsusən də Liza Meytner, Herta Sponerin və Hilde Levinin karyeralarını təşviq etdi.
1933-cü ildə Almaniyada Nasist Partiyası hakimiyyətə gəldikdən sonra Frank, həmkarlarının işdən çıxarılmasına etiraz olaraq Göttingen Universitetindəki vəzifəsindən istefa verdi. O, noyabr ayında Almaniyanı tərk etməzdən əvvəl Frederik Lindemanna işdən çıxarılan yəhudi alimlərin xaricdə iş tapmasına kömək etdi. Danimarkadakı Nils Bor İnstitutunda bir il işlədikdən sonra ABŞ-yə köçdü və orada Baltimordakı Cons Hopkins Universitetində, daha sonra isə Çikaqo Universitetində çalışdı. Bu dövrdə fotosintezlə maraqlanmağa başladı.
Frank, İkinci Dünya müharibəsi zamanı Metallurgiya Laboratoriyasının kimya bölməsinin direktoru kimi Manhetten layihəsində iştirak etmişdir. O, həmçinin atom bombası ilə bağlı Siyasi və Sosial Problemlər Komitəsinin sədri idi. Komitə, ən çox Yaponiya şəhərlərində xəbərdarlıq edilmədən atom bombalarından istifadə edilməməsini tövsiyə edən Frank Hesabatının tərtibi ilə tanınır.
İstinadlar
Xarici keçidlər Oral history interview transcript with James Franck on 9 July 1962, American Institute of Physics, Niels Bohr Library & Archives—Session I Oral history interview transcript with James Franck on 10 July 1962, American Institute of Physics, Niels Bohr Library & Archives—Session II Oral history interview transcript with James Franck on 11 July 1962, American Institute of Physics, Niels Bohr Library & Archives—Session III Oral history interview transcript with James Franck and Hertha Sponer Franck on 12 July 1962, American Institute of Physics, Niels Bohr Library & Archives—Session IV Oral history interview transcript with James Franck and Hertha Sponer Franck on 13 July 1962, American Institute of Physics, Niels Bohr Library & Archives—Session V Oral history interview transcript with James Franck and Hertha Sponer Franck on 14 July 1962, American Institute of Physics, Niels Bohr Library & Archives—Session VI
Kateqoriya:26 avqustda doğulanlar Kateqoriya:1882-ci ildə doğulanlar Kateqoriya:Hamburqda doğulanlar Kateqoriya:21 mayda vəfat edənlər Kateqoriya:1964-cü ildə vəfat edənlər Kateqoriya:Göttingendə vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:Almaniya fizikləri Kateqoriya:ABŞ fizikləri Kateqoriya:Cons Hopkins Universitetinin müəllimləri Kateqoriya:Göttingen Universitetinin müəllimləri Kateqoriya:Berlin Humboldt Universitetinin müəllimləri Kateqoriya:1-ci dərəcəli "Dəmir xaç" ordeni kavalerləri Kateqoriya:2-ci dərəcəli "Dəmir xaç" ordeni kavalerləri Kateqoriya:Əlifba sırasına görə Nobel mükafatı laureatları Kateqoriya:Fizika üzrə Nobel mükafatı laureatları Kateqoriya:ABŞ Milli Elmlər Akademiyasının üzvləri Kateqoriya:London Kral Cəmiyyətinin əcnəbi üzvləri Kateqoriya:SSRİ EA-nın müxbir üzvləri Kateqoriya:Cons Hopkins Universitetinin məzunları Kateqoriya:Göttingen Elmlər Akademiyasının üzvləri Kateqoriya:Prussiya Elmlər Akademiyasının üzvləri Kateqoriya:Leopoldin Alman Milli Elmlər Akademiyasının üzvləri Kateqoriya:Panteistlər Kateqoriya:Manhetten layihəsi şəxsləri Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:Almaniya yəhudiləri Kateqoriya:İxtiraçılar Kateqoriya:Almaniyadan ABŞ-yə mühacirət edənlər