Offa tərəfindən zərb edilmiş dinar — VIII əsrin sonlarında Mersiya kralı Offanın Abbasi qızıl dinarından ilhamlanaraq zərb etdirdiyi sikkə. Bu sikkə Anqlo-Sakson İngiltərəsi ilə İslam dünyası arasında erkən əlaqələri əks etdirir. Bu dövrdə İngiltərədə islami gümüş sikkələrinin (dirhəmlərin) mövcud olması qarşılıqlı əlaqlərin mövcud olduğunu sübut edir.

VIII əsrin sonlarında Offanın pul islahatları, ehtimal ki, Böyük Karlın rəhbərliyi altında Frank imperiyasında müasir pul islahatlarından təsirlənmişdi. Bu islahatlar zamanı zərb edilən sikkələr standart çəki və dizayna malik "ağır" gümüş qəpiyin tətbiqini əhatə edirdi.Naismith, Medieval European Coinage, pp. 136–137.

Bu islahatlara hicri 157-ci ilə (miladi 773–774-cü illər) aid Abbasi dinarını yaxından təqlid edən və üzərində ərəb qrafikası ilə latın dilində "Offa Rex" yazılmış qızıl sikkə də daxil idi.

Bu sikkə Anglo-Sakson İngiltərəsinin islam valyutası haqqında məlumatlı olduğunu göstərir və Anglo-Sakson İngiltərəsi ilə Abbasilər xilafəti arasında erkən mədəni və iqtisadi əlaqələri göstərir.

Bəzi ərəb tarixi mənbələri Offanın müsəlman tacirlər və ya elçilər ilə qarşılıqlı əlaqədən sonra islamı qəbul edə biləcəyini iddia etsələr də, bu iddialar mübahisəli olaraq qalır və Qərb tarixşünaslığında geniş şəkildə qəbul edilmir.Dr. Ragheb Mohamed Mohamed El-Sergany, عصر او على انجلترا الانجلو ساكسوني 757–796, pp. 162–165.

İstinadlar

Kateqoriya:Orta əsrlərdə iqtisadiyyat Kateqoriya:İngiltərə orta əsrlərdə Kateqoriya:Abbasilər xilafəti